A

Azersun Holding

Son tarix: 7 Oktyabr 2026

Ərazi işçilərinə nəzarətçi

İnzibati İşlərBakıTam Ştat7 Sentyabr 202690

Müsahibə əsasında

Vakansiya haqqında

Müəssisə: Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi

Vəzifəyə tələblər:

  • Tikinti, təmir, abadlıq və ya təsərrüfat sahəsində iş təcrübəsi.
  • Yaşıllaşdırma və əraziyə qulluq işləri barədə praktiki anlayış.
  • Ərazi işçilərinin idarə edilməsi və iş bölgüsünün aparılması üzrə bacarıq.
  • Cari tikinti və təmir işlərinin gedişatını və keyfiyyətini qiymətləndirə bilmək.
  • Ağac, kol, qazon və dekorativ bitkilərə qulluq prinsipləri barədə ümumi biliklər.
  • Suvarma sistemləri və yaşıllıqların suvarılması ilə bağlı anlayış.
  • Təsərrüfat inventarları, əl alətləri və müxtəlif avadanlıqlardan istifadə barədə anlayış.
  • Komanda idarəetmə və koordinasiya bacarığı.
  • Məsuliyyətli, intizamlı və operativ olmaq.
  • Problemləri vaxtında müəyyən etmək və operativ həll etmək bacarığı.
  • Qonaqlarla işləyən istirahət mərkəzində xidmət və davranış qaydalarına riayət etmək.

Vəzifə öhdəlikləri:

  • İstirahət mərkəzinin ərazisində çalışan işçilərin gündəlik fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və onların fəaliyyətinə nəzarət etmək.
  • Ərazi üzrə görüləcək işlərin gündəlik və həftəlik planını hazırlamaq və icrasını təmin etmək.
  • Ərazinin təmizliyi, səliqəsi, abadlığı və ümumi vəziyyətinə gündəlik nəzarət etmək.
  • Yaşıllıq sahələrinin, ağacların, kolların, gül sahələrinin və digər dekorativ bitkilərin qulluq və baxım işlərinin təşkilinə nəzarət etmək.
  • Ağac və kolların budanması, əkin, köçürülmə, suvarma, gübrələmə və digər yaşıllaşdırma işlərinin düzgün aparılmasına nəzarət etmək.
  • Qazon və digər yaşıllıq sahələrinin mütəmadi biçilməsi və baxımının təşkilini təmin etmək.
  • Suvarma sistemlərinin işlək vəziyyətdə saxlanılmasına, yaranmış nasazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılmasına nəzarət etmək.
  • Ərazidə aparılan cari təmir və tikinti işlərinin gedişinə nəzarət etmək.
  • Bina, qurğu, yol, bordür, hasar, dam örtüyü, fasad, döşəmə və digər ərazi elementləri üzrə təmir ehtiyaclarını müəyyən etmək və rəhbərliyə məlumat vermək.
  • Təmir və tikinti işlərinin müəyyən edilmiş keyfiyyət və texniki tələblərə uyğun aparılmasına nəzarət etmək.
  • Podratçı və xidmət göstərən şirkətlərin ərazidə həyata keçirdiyi işlərin icrasını nəzarətdə saxlamaq.
  • İşlərin vaxtında və keyfiyyətlə tamamlanması üçün aidiyyəti şəxslərlə koordinasiyanı təmin etmək.
  • Ərazidə istifadə olunan alət, avadanlıq və texniki vasitələrin düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
  • Ərazi işçilərinin işə davamiyyəti, intizamı, iş geyimi və əmək qaydalarına riayət etməsinə nəzarət etmək.
  • İşçilərin bacarıq və imkanlarına uyğun olaraq tapşırıqları bölüşdürmək və görülən işlərin nəticələrini yoxlamaq.
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etməsini təmin etmək.
  • Ərazidə mövcud olan problemləri operativ şəkildə müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək.
  • İstirahət mərkəzinin qonaqları üçün təhlükə yarada biləcək ərazi, tikinti, təmir və ya yaşıllıqla bağlı riskləri vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək.
  • Ərazidə işlərin aparılması zamanı qonaqların təhlükəsizliyinin və rahatlığının təmin edilməsinə diqqət yetirmək.
  • İstifadəyə yararsız, zədələnmiş və ya təmirə ehtiyacı olan ərazi elementlərini müəyyən etmək və onların bərpası ilə bağlı təkliflər vermək.
  • Yaşıllıq və təsərrüfat işləri üçün tələb olunan material, inventar, alət və digər vasitələrə olan ehtiyacı müəyyən etmək.
  • Ərazidə aparılan işlərlə bağlı gündəlik görülən işlər barədə məlumat və hesabatların hazırlanmasını təmin etmək.
  • Rəhbərliyin tapşırığı əsasında ərazinin abadlaşdırılması və inkişafı ilə bağlı layihə və təkliflərin hazırlanmasında iştirak etmək.
  • İstirahət mərkəzinin ərazisinin mövcud standartlara uyğun saxlanılması və daim təkmilləşdirilməsi üçün təkliflər vermək.
  • Vəzifəsi ilə bağlı rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.

İş vaxtının norması:

  • Növbəli iş rejimi.
  • Həftəlik istirahət günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

Ünvan: Bakı şəhəri. Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi, Qala yolu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Ərazi içilərinə nəzarətçi” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar