T
Tam Store
ERP üzrə şöbə rəhbəri
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- LOGO ERP (Tiger, Wings və ya Enterprise) sisteminin şəbəkə market strukturu üzrə tam işləkliyini və inkişafını təmin etmək;
- Hesabatlılıq, data analizi və sistem xətalarının tapılması üçün SQL-də birbaşa verilənlər bazası (database) sorğuları yazmaq və optimallaşdırmaq;
- Şəbəkə marketlərin kassa (POS) sistemlərinin, anbar proqramlarının və tədarük zəncirinin LOGO ERP ilə problemsiz inteqrasiyasına rəhbərlik etmək;
- Pərakəndə ticarətə uyğun olaraq mərkəzi anbar, mağaza stokları, qiymət idarəetməsi və kampaniyaların ERP-də düzgün qurulmasına nəzarət etmək;
- LOGO sistemində lazım olan yeni hesabatlar və funksionallar üçün SQL və inkişaf komandasına dəqiq texniki tapşırıqlar hazırlamaq;
- Mağazalar və mərkəzi ofis arasında yaranan sistem kəsintilərini, data uyuşmazlıqlarını SQL sorğuları və LOGO paneli vasitəsilə operativ həll etmək.
Tələb olunan bilik və bacarıqlar:
- LOGO ERP sistemlərini (üst modullar daxil olmaqla) əla səviyyədə bilmək və idarəetmə təcrübəsi;
- MS SQL Server mühitində sərbəst işləmək, mürəkkəb SQL sorğuları (SELECT, JOIN, Subqueries, Stored Procedures və s.) yazmaq bacarığı;
- Pərakəndə satış, pərakəndə anbar idarəetməsi, barkod sistemləri və kassa (POS) inteqrasiyası proseslərini dərindən anlamaq;
- Layihə idarəetmə və komanda rəhbərliyi (proqramçılar, sistem analitikləri ilə iş) bacarığı;
- Böyük data kütlələri ilə işləmək, rəqəmsal analiz və problem həll etmə qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Müvafiq sahə üzrə);
- FMCG / Şəbəkə Market (Retail) sahəsində ERP layihələrinin idarə edilməsində ən azı 3-5 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ERP üzrə şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
N
Bugün
Motion Designer / AI Content Maker
Neshrix • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Filial müdiri (Quba)
Monetri BOKT • Bakı
Tam Ştat
—Müraciət et
P
Bugün
Kredit Risklərinin İdarə Edilməsi Ehtiyatlanma üzrə Baş mütəxəssis (IT Biznes analitik)
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
U
Bugün
IT Mühəndis
Unicapital • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Market şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Salyan)
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
İnformasiya Texnologiyaları üzrə aparıcı mütəxəssis
Medco Hospital Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et