A

A+CO ASC

Son tarix: 12 Sentyabr 2026

Əsas vəsaitlərin uçotu üzrə mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat12 Avqust 202652

Müsahibə əsasında

Vakansiya haqqında

A+CO” ASC “Əsas vəsaitlərin uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir. 

Vəzifə öhdəlikləri:

  • Əsas vəsaitlərin və QMA-in alışı və balans dəyərini formalaşdıran xərclərin uçotu;
  • Əsas vəsaitlərin istismara verilməsi,yerdəyişməsi,məsul şəxslərin adına təhkim olunması və çıxarılması,silinməsi əməliyyatlarının icrası;
  • Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması ;
  • Əsas vəsaitlərin amortizasiya xərclərinin hesablanması və uçotda əks etdirilməsi ;
  • Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək,nəticələrin təhlili və araşdırılması ;
  • Əsas vəsaitlər üzrə dövri hesabatların hazırlanması ;
  • Mövcud prosedurların təkmilləşdirilməsi və proseslərin prosedur üzrə icra olunmasına nəzarət olunması ;        

Tələblər: 

  • Ali təhsil  (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq);
  • Əsas vəsaitlərin uçotu üzrə minimum 1 il iş təcrübəsi ;
  • Program bilikləri (Logo tiger və Microsoft office) ;
  • F3 sertifikatı və İAS 16 üzrə təcrübəsi olanlara üstünlük veriləcək.

İş şəraiti: 

  • İş yeri: Xırdalan şəhəri;
  • İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük; 
  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əsas vəsaitlərin uçotu üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

Oxşar vakansiyalar