N

Norm OJSC

Son tarix: 31 Oktyabr 2026

Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndis - Norm OJSC (Bakı)

MühəndislikBakıTam Ştat22 Oktyabr 202669

Müsahibə əsasında

Vakansiya haqqında

Hazırda şirkətimizə Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndis tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Ekologiya, ətraf mühit mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil.
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
  • Azərbaycanın ekoloji qanunvericiliyi və normativ tələbləri, həmçinin ISO 14001 standartı üzrə biliklər.
  • Ekoloji monitorinq, icazələr və dövlət hesabatlılığı üzrə praktiki biliklər.
  • Atmosfer emissiyaları, tullantılar, su və çirkab sularının idarə edilməsi, ekoloji risk və aspektlərin qiymətləndirilməsi üzrə biliklər.
  • Sement istehsalının ekoloji aspektləri üzrə biliklərin olması üstünlükdür.
  • İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək bacarığı.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

​​​​​​​​​​​​​​​​​​​​​Əsas vəzifə və öhdəliklər:

  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərin izlənilməsi, şirkətdə və törəmə müəssisələrdə uyğunluğun qiymətləndirilməsi.
  • Ekoloji icazələrin alınması və yenilənməsinin koordinasiyası, dövlət orqanlarına ekoloji hesabatların təqdim edilməsi.
  • Dövlət ekoloji yoxlamalarında iştirak, tələb olunan sənədlərin hazırlanması və yoxlama nəticələri üzrə tədbirlərin koordinasiyası.
  • Atmosferə emissiyaların uçotu və monitorinqi, nəticələrin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi.
  • Emissiyaların və tozlanmanın azaldılması üzrə təkliflərin hazırlanması və icrasının izlənilməsi.
  • Təhlükəli və təhlükəsiz tullantıların uçotuna, idarə edilməsinə və bu sahədə podratçıların fəaliyyətinə nəzarət.
  • Tullantıların azaldılması, təkrar emalı və resurslardan səmərəli istifadə üzrə təkliflərin hazırlanması.
  • Su istifadəsinin və çirkab suların idarə edilməsinin izlənilməsi, çirklənmənin qarşısının alınması üzrə tədbirlərin koordinasiyası.
  • ISO 14001 üzrə Ətraf Mühitin İdarəetmə Sisteminin saxlanılması və təkmilləşdirilməsində iştirak, ekoloji aspekt və risklərin qiymətləndirilməsi.
  • Törəmə müəssisələrdə Ətraf Mühitin İdarəetmə Sisteminin tətbiqinin koordinasiyası və məsul şəxslərə metodiki dəstək.
  • Planlı və növbədənkənar ekoloji yoxlamaların aparılması, uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin izlənilməsi.
  • Ekoloji insidentlərin araşdırılmasında, fövqəladə hallara hazırlıqda və təlimlərdə iştirak, işçilərin ekoloji məlumatlandırılmasına dəstək.
  • Ekoloji məqsəd və hədəflərin müəyyən edilməsində, daxili və xarici auditlərə hazırlıqda iştirak.
  • Yeni layihələrin və istehsalat dəyişikliklərinin ekoloji qiymətləndirilməsində, o cümlədən ƏMTQ proseslərində iştirak.
  • Podratçıların və xidmət təminatçılarının fəaliyyətinin ekoloji tələblərə uyğunluğuna nəzarət.
  • Ətraf mühit üzrə əsas performans göstəricilərinin toplanması və təhlili, rəhbərlik, dayanıqlı inkişaf və GHG/MRV hesabatları üçün məlumatların hazırlanması.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar