D

Deluxe Park Qusar

Son tarix: 27 Noyabr 2026

Əyləncə Meneceri (Entertainment Manager) - Deluxe Park Qusar

Turizm və OtelçilikQusarTam Ştat27 Oktyabr 202659

Müsahibə əsasında

Vakansiya haqqında

Məkan: Qusar rayonu (Dağlıq istirahət zonası)

İş qrafiki: Tam iş günü (Növbəli / Müəssisədə yaşamaq şərti ilə)

İş haqqında məlumat

  • Dağlıq ərazidə yerləşən Deluxe Park Qusar otel və restoran kompleksi ailəmizə qonaqların (böyüklər və uşaqlar) istirahətini daha maraqlı, dinamik və unudulmaz edəcək, həm səhnə/aparıcılıq qabiliyyətinə, həm də texniki avadanlıqlarla işləmək bacarığına malik Əyləncə Meneceri dəvət olunur.

Əsas Öhdəliklər

  • Şou və Tədbir Təşkilatçılığı: Otel və restoran qonaqları üçün gündəlik, həftəlik və bayram günlərinə özəl əyləncə, animasiya və tematik şou-proqramların planlaşdırılması və idarə olunması.
  • Aparıcılıq: Tədbirlərdə, canlı musiqi gecələrində və yarışlarda aparıcı kimi çıxış etmək, auditoriyanı idarə etmək və yüksək əhval-ruhiyyə yaratmaq.

Qapalı Hovuz və Açıq Hava Oyunları:

  • Qapalı hovuz zonasında təhlükəsizlik qaydalarına riayət etməklə su idman oyunlarının (Aqua Polo, Su Voleybolu, Aqua Aerobika, uşaq yarışları) təşkili.
  • Dağlıq ərazinin imkanlarına uygun açıq və qapalı hava fəaliyyətlərinin, intellektual oyunların, quest-lərin və idman yarışlarının keçirilməsi.

Səs və Texniki Avara Avadanlığı: Tədbirlər zamanı səs sistemlərinin (mikşer pultu, mikrafonlar, dinamiklər) idarə olunması, sazlanması və texniki sazlığına nəzarət.

Əlaqələrin Koordinasiyası: Dəvət olunan musiqiçilər, artistlər, aparıcılar və animatolar ilə işin əlaqələndirilməsi.

Namizədə Dair Tələblər

  • Otel, restoran, şou-biznes və ya tədbir təşkilatçılığı (Event) sahəsində ən azı 1-2 il iş təcrübəsi.
  • Səlis diksiya və aparıcılıq bacarığı: Səhnə sərbəstliyi, zəngin nitq və insanlarla asan ünsiyyət qurmaq qabiliyyəti.
  • Səs sistemləri bilikləri: Səs aparatları, mikrafonlar və audio sistemlərlə sərbəst işləmək təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus və ya İngilis dili bilikləri arzuolunandır.
  • Uşaqlarla və böyüklərlə eyni dərəcədə ünsiyyət qura bilmək, təşəbbüskarlıq və yüksək enerjiyə malik olmaq.
  • Məkan şərti: Qusar rayonunda yaşamaq və ya otel tərəfindən təmin olunan yaşayış yerində qalmaqla çalışmaq imkanı.

Şirkət Tərəfindən Təklif Olunur

  • Əməkhaqqı: Müsahibə əsasında (Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq).
  • Teminat: Şirkət hesabına otel ərazisində və günə 3 dəfə qidalanma.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
  • Dağ havasında, müasir otel-restoran kompleksində rahat və dinamik iş mühiti.

Tələblərə cavab verən namizədlərdən CV-lərini (varsa aparıcılıq etdiyiniz tədbirlərdən video/foto portfolionu) mövzu hissəsində "Əyləncə Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Oxşar vakansiyalar