F

Facade Group

Son tarix: 5 Dekabr 2026

Fasad Memarı

İnşaat və MemarlıqBakıTam Ştat5 Noyabr 2026241

1500 ₼

Vakansiya haqqında

Fasad Memarı / Fasad Mühəndisi

Komandamıza fasad memarlığı və mühəndisliyi sahəsində təcrübəli Fasad Memarı / Fasad Mühəndisi axtarırıq.

 

Namizəd fasad layihələrinin hazırlanması, texniki detalların işlənməsi və layihələrin tikinti mərhələsində icrasına nəzarət proseslərində iştirak edəcək.

Tələblər:

- Fasad memarlığı və ya fasad mühəndisliyi sahəsində iş təcrübəsi.

- Müxtəlif fasad sistemləri, materialları, konstruktiv həllər və montaj texnologiyaları üzrə biliklər.

- Memarlıq və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı.

- AutoCAD və digər müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı.

- Texniki təfəkkür, detallara diqqət və problem həll etmə bacarığı.

- Komandada və müstəqil işləmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

- Baş memarla birlikdə fasad layihələrinin hazırlanmasında iştirak etmək.

- Fasad sistemlərinin texniki detallarını, konstruktiv birləşmələrini və bərkidilmə həllərini işləmək.

- İşçi çertyojların (Shop Drawings) və texniki sənədlərin hazırlanması.

- Fasad layihələrinin memarlıq, konstruktiv və texniki tələblərə uyğunluğunu təmin etmək.

- Zərurət yarandıqda tikinti obyektlərinə səfər edərək fasad quraşdırılması işlərinin gedişatını yoxlamaq.

- Tikinti işlərinin təsdiq edilmiş fasad layihəsinə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsinə nəzarət etmək.

- Aşkar olunan texniki problemlərin həlli üçün müvafiq təkliflər hazırlamaq və layihə komandası ilə koordinasiya aparmaq.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar