B

Baku City Residences

Son tarix: 22 Noyabr 2026

Fasad mühəndisi - Baku City Residences (Bakı, 2026)

İnşaat və MemarlıqBakıTam Ştat22 Oktyabr 202671

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri

İşin xarakteri: Bu vakansiya 4-5 ay müddətinə nəzərdə tutulub və daimi xarakter daşımır, xidməti müqavilə olacaq.

Tələblər

  • Memarlıq mühəndisliyi, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Building envelope sistemləri, şüşə və alüminium fasad mühəndisliyi, fasadlar üçün struktur yük hesablamaları, istilik və su izolyasiyası detalları, yerli və beynəlxalq tikinti normaları (ASTM, EN, BS)
  • Fasad mühəndisliyi və obyektdə quraşdırma nəzarəti sahəsində ən azı 5 il müvafiq təcrübə (kommersiya, yaşayış, otel təyinatlı tikinti layihələrində)
  • AutoCAD, MS Office və struktur/fasad analiz proqramlarını (məs., Strand7, RFEM və ya oxşarı) yaxşı bilmək
  • Fasad materiallarının sınaqdan keçirilməsi, struktur mühəndisliyinin əsasları və mürəkkəb memarlıq detallaşdırılması üzrə dərin anlayış
  • Güclü obyekt yoxlama bacarıqları və subpodratçılar və məsləhətçilərlə texniki müzakirələri idarə edə bilmək
  • Fasadın texniki detallaşdırılması və struktur analizin dəqiqliyi
  • Vaxtın idarə edilməsi
  • Komanda işi və effektiv ünsiyyət

Əsas vəzifə öhdəlikləri

  • Fasad sistemləri (pərdə divarları, struktur şüşələmə, üzlük və dam pəncərələri) üçün texniki layihə cizgilərini, hesablamaları və spesifikasiyaları hazırlamaq, yoxlamaq və qiymətləndirmək
  • Fasad elementlərinin obyektdə quraşdırılmasını, struktur möhkəmliyini, su keçirməzliyini və istilik göstəricilərini layihə standartlarına uyğunluq baxımından yoxlamaq
  • Texniki fasad qovşaqlarını və layihə uyğunsuzluqlarını həll etmək üçün obyekt memarları, struktur mühəndisləri və podratçılarla sıx əlaqə saxlamaq
  • Podratçıların təqdimatlarını (submittals), material nümunələrini, istehsal (shop) cizgilərini və maket (mock-up) test nəticələrini nəzərdən keçirmək
  • Obyektdə keyfiyyətə nəzarət (QA/QC) yoxlamaları aparmaq və ətraflı texniki yoxlama hesabatları hazırlamaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar