X
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Fəhlə
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Fəhlə məktəbin təsərrüfat hissəsində görülən fiziki və texniki işləri yerinə yetirməli, təsərrüfat müdiri və inzibati rəhbərliyin tapşırıqlarını vaxtında icra etməli, məktəbin avadanlıqlarının və əmlakının daşınmasında, yerləşdirilməsində və saxlanmasında iştirak etməli;
- Fəhlə məktəb binasında və ərazisində aparılan təmir, bərpa və abadlaşdırma işlərində iştirak etməli, materialların, inventarların və avadanlıqların daşınmasını, yüklənməsini və boşaldılmasını təmin etməli;
- Fəhlə gələn malları və materialları anbara daşımalı, anbardan çıxarılan əşyaların təyinat yerinə çatdırılmasını təmin etməli, zəruri hallarda qablaşdırma və yığma işlərini həyata keçirməli;
- Su dispenserlərinin daşınmasında iştirak etməli, suları uyğun sayda qoymalı; onların hər mərtəbənin ehtiyacına uyğun şəkildə yerləşdirilməsini təmin etməli və düzgün fəaliyyətini yoxlamalı;
- Fəhlə məktəbin həyətində və ətrafında yerləşən tikililərin, hasarların, idman meydançasının və digər təsərrüfat obyektlərinin qorunmasında və texniki vəziyyətinin saxlanılmasında iştirak etməli, əraziyə texniki xidmət göstərilməsində yardım etməli;
- Fəhlə binanın və həyətyanı sahənin təmir işlərində ustalara köməklik göstərməli, tikinti materiallarını və alətləri lazımi yerə daşımalı, iş sahəsində səliqə-səhmanı təmin etməli;
- Fəhlə elektrik, su, istilik və digər mühəndis sistemlərində nasazlıq olduqda texniki işçilərə dəstək verməli, onların göstərişləri əsasında köməkçi əməliyyatlar yerinə yetirməli;
- Fəhlə məktəb binasında keçirilən tədbirlər zamanı stulların, masaların, səhnə və texniki avadanlıqların daşınmasını və düzülməsini təmin etməli, tədbirdən sonra avadanlıqları yerinə qaytarmalı;
- Fəhlə qış aylarında qar və buzun təmizlənməsində, yay aylarında isə həyətyanı sahənin abadlaşdırılmasında, ağac və bitkilərin suvarılmasında iştirak etməli;
- Fəhlə texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğından mühafizə və sanitariya-gigiyena qaydalarına əməl etməli, fərdi mühafizə vasitələrindən düzgün istifadə etməli, qəza və xəsarət hallarında dərhal rəhbərliyə məlumat verməli;
- Fəhlə məktəb ərazisində və binasında tapşırılan bütün fiziki və texniki işləri doğru şəkildə yerinə yetirməli, əmlakın təhlükəsizliyinə və qorunmasına cavabdeh olmalı, öz vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmalı;
- Fəhlə işə vaxtında gəlməli, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməli, əmək intizamına və daxili nizam qaydalarına əməl etməli;
- Fəhlə iş zamanı alət və inventarlardan səliqəli istifadə etməli, onları iş bitdikdən sonra təhvil verməli, zədələnmə və nasazlıq hallarında dərhal rəhbərliyə məlumat verməli;
- Mərkəz ərazisinə və mövcud olan texniki avadanlıqlara nəzarət etməli;
- Fəhlə iş sahəsində nizam-intizamı, səliqə-səhmanı və təhlükəsizliyi qoruyub saxlamalı, kollektivdə səmərəli əməkdaşlıq etməli, məktəbin ümumi fəaliyyətinə dəstək göstərməlidir.
- Vəzifəsini yerinə yetirərkən, elektrik cihazlarından istifadə edərkən və texniki işləri icra edərkən SƏTƏMM tələblərinə əməl edir.
- İş şəraitinə uyğun olaraq təqdim edilmiş Fərdi Mühafizə Vasitələrindən (FMV) istifadə edir.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət edir.
- SƏTƏMM mütəxəssisinin göstərişlərinə əməl edir və yoxlamalar zamanı aşkar edilmiş nasazlıq və çatışmazlıqların aradan qaldırılmasını təmin edir.
Tələblər
- Namizəd orta və ya orta-ixtisas təhsilinə malik olmalı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Əmək intizamına riayət etməli, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyi bacarmalıdır;
- Namizəd sadə təsərrüfat və texniki işlərdə təcrübəyə malik olmalı;
- Alət və avadanlıqlardan təhlükəsiz şəkildə istifadə etməyi bacarmalı, texniki təhlükəsizlik qaydalarına əməl etməlidir;
- Namizəd məsuliyyətli, diqqətli və intizamlı olmalı;
- Komanda ilə işləməyi bacarmalı;
- Rəhbərliyin göstərişlərini düzgün başa düşməli və vaxtında icra etməlidir;
- Namizəd məktəbin ərazisində görülən bütün fiziki və təsərrüfat işlərini düzgün yerinə yetirməli;
- Ünsiyyət bacarıqları;
- Səbirlilik;
- Ədalətlilik, məsuliyyət və dürüstlük;
- Fiziki səy;
- Əməkdaşlıq;
- Texnoloji alət və avadanlıqlardan səmərəli istifadə edə bilmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
H
Bugün
Boyaçı
Həsənoğlu • Bakı
Tam Ştat
800 ₼Müraciət et
G
Bugün
Fəhlə
Gens Elektrik • Bakı
Tam Ştat
750 ₼Müraciət et
K
Bugün
Rəngsaz
Kontakt Home • Bakı
Tam Ştat
900 ₼Müraciət et
O
Bugün
Fəhlə
Omid Mağazalar şəbəkəsi • Gəncə
Tam Ştat
530 ₼Müraciət et
A
Dünən
Elektronika üzrə kiçik mütəxəssis
Apar (Bike-Sharing Startup) • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Dünən
NDT Specialist
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et