A

AAC MMC

Son tarix: 26 Sentyabr 2026

Fəhlə

İnşaat və MemarlıqBakıTam Ştat26 Avqust 202693

450

Vakansiya haqqında

AAC MMC komandamıza məsuliyyətli, çevik və işinə ciddi yanaşan Anbar fəhləsi axtarırıq.

Əgər fiziki işə uyğun, intizamlı və komandada işləməyi bacaran birisinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri

  • Anbara daxil olan məhsul, xammal və mal-materialların qəbul və yerləşdirilməsi prosesində iştirak etmək;
  • Məhsulların anbar daxilində müəyyən edilmiş yerlərə daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək;
  • Hazır məhsulların sifarişlərə uyğun hazırlanması və yüklənməsində iştirak etmək;
  • Yükləmə və boşaltma işlərini həyata keçirmək;
  • Anbar ərazisində səliqə-sahmanın və təmizliyin qorunmasına riayət etmək;
  • Məhsulların qorunması və saxlanması qaydalarına əməl etmək;
  • Anbardarın tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Növbəli iş rejiminə uyğun olaraq komanda ilə işləmək.

Namizədə tələblər

  • Cins: Kişi
  • Yaş həddi: 20–45 yaş
  • Fiziki cəhətdən sağlam və aktiv olmaq;
  • Anbar və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
  • Məsuliyyətli, intizamlı və çevik olmaq;
  • Komandada işləmək bacarığı;
  • Rəhbərliyin və anbardarın tapşırıqlarını düzgün yerinə yetirmək;
  • İş təhlükəsizliyi qaydalarına riayət etmək.

İş şəraiti

  • İş yeri: Səngəçal
  • İş rejimi: Növbəli iş rejimi
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat: Şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

E-mail mövzusunda “Anbar fəhləsi” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar