C

Caspian Invest BOKT

Son tarix: 29 Avqust 2026

Filial müdiri (İsmayıllı)

İnzibati İşlərİsmayıllıTam Ştat29 İyul 2026132

Müsahibə əsasında

Vakansiya haqqında

BOKT “Caspian İnvest” MMC İsmayıllı filialına “Filial müdiri” vəzifəsi üzrə vakansiya elan edir.  

Vəzifə öhdəlikləri:  

  • Filialın gündəlik fəaliyyətini təşkil və idarə etmək; 
  • Filialın satış planının və biznes hədəflərinin icrasını təmin etmək
  • Kredit portfelinin keyfiyyətini qorumaq, gecikmiş kreditlərin idarə olunmasını təşkil etmək; 
  • Filial əməkdaşlarının işini planlaşdırmaq, fəaliyyətini qiymətləndirmək və inkişafını dəstəkləmək; 
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişafı istiqamətində tədbirlər görmək; 
  • Daxili prosedur və qaydalara, eləcə də qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək; 
  • Filial üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək; 
  • Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək;

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə); 
  • MS Office proqramlarında işləmək bacarığı
  • Bank və ya BOKT sektorunda minimum 3 il, rəhbər vəzifədə isə minimum 1 il iş təcrübəsi; 
  • Kreditləşmə prinsipləri, maliyyə təhlili və risklərin idarə edilməsi üzrə biliklər; 
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və bank-maliyyə sektorunu tənzimləyən normativ sənədlər üzrə biliklər; 
  • Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı; 

 İş şəraiti:

  • İş rejimi: 6/1
  • Ünvan: İsmayıllı rayonu
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.

Biz təklif edirik:

  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
  • Rahat və dinamik iş mühiti

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni “İsmayıllı filialına Filial müdiri” mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Oxşar vakansiyalar