Facility Management Group
FMGrad Təcrübə proqramı
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
Biz daşınmaz əmlakın inkişafı, satışı, icarəsi, əmlakın idarə olunması, texniki xidmət, təmizlik, təhlükəsizlik və müştəri xidmətləri sahələrində fəaliyyət göstərən aparıcı daşınmaz əmlak şirkətlərindən biriyik. Gələcəyin peşəkarlarını yetişdirmək və gənc istedadların karyera inkişafına töhfə vermək məqsədilə FMGrad təcrübə proqramına start veririk.
FMGrad real iş mühitində təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və təcrübəli mütəxəssislərlə birlikdə işləmək istəyən gənclər üçün nəzərdə tutulmuş 3 aylıq inkişaf proqramıdır.
Proqram iştirakçıları mentor dəstəyi, real layihələrdə iştirak və digər öyrənmə imkanları vasitəsilə peşəkar bilik və bacarıqlarını inkişaf etdirərək gələcək karyeraları üçün sağlam bünövrə formalaşdıracaqlar.
Tələblər
- Proqram ali təhsil müəssisələrinin 4-cü kurs bakalavr tələbələri, son 2 il ərzində bakalavr məzunu olmuş şəxslər və magistr tələbələri üçün nəzərdə tutulur.
- Ümumi orta müvəffəqiyyət göstəricisinin (GPA) minimum 80 olması.
- Güclü analitik düşünmə, ünsiyyət və komanda ilə əməkdaşlıq bacarıqlarına sahib olmaq.
- Təcrübə proqramlarında və könüllülük fəaliyyətlərində iştirak təcrübəsinə üstünlük verilir.
- Beynəlxalq sertifikatlara, olimpiada və müsabiqələrdə əldə edilmiş akademik və ya peşəkar nailiyyətlər üstünlük hesab olunur.
İmtiyazlar
- 3 aylıq ödənişli təcrübə prqoramı
- Təlim və inkişaf imkanları
- Təcrübəli mentorların dəstəyi
- Geniş şəbəkələşmə imkanı
- Real iş proseslərində və layihələrdə iştirak
- "Dəyərlisən" PAŞA loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Direktor köməkçisi
Massi • Bakı
Sığorta üzrə müştəri meneceri (xanım)
Sığorta agentliyi • Bakı
Xadimə
Company • Bakı
Administrator (Koordinator)
PADA Diş Laboratoriyası • Sumqayıt
Müdir müavini
EDUGrata Təhsil Mərkəzi • Bakı
Əməliyyatlar üzrə müavin / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi
AzerGold CJSC • Bakı