B

Booo.az

Son tarix: 7 Noyabr 2026

Fotoqraf / Videograf (Event & Teambuilding)

Dizayn və YaradıcılıqBakıTam Ştat7 Oktyabr 202646

800 ₼

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Bakı və regionlarda keçirilən teambuilding və korporativ tədbirlərin foto və video çəkilişini həyata keçirmək
  • Tədbirin əsas anlarını, oyunları, emosiyaları və komanda ruhunu foto və video vasitəsilə düzgün və kreativ şəkildə əks etdirmək
  • Çəkilmiş fotolar üzərində ilkin və orta səviyyəli post-production / edit işlərinin aparılması (rəng korreksiyası, işıq balansı, kadr seçimi və s.)
  • Tədbirlərdən hazırlanacaq qısa video kontentlərin montajını həyata keçirmək
  • Reels, Stories və sosial media üçün dinamik video materiallar hazırlamaq
  • Foto və video materialların vaxtında təhvil verilməsi və sistemli şəkildə arxivləşdirilməsi
  • Event menecer və SMM komandası ilə koordinasiyalı və effektiv əməkdaşlıq

Tələblər:

  • Foto və video çəkilişi sahəsində minimum 1 il iş təcrübəsi
  • Kamera və əsas foto/video çəkiliş avadanlıqları ilə işləmə bacarığı
  • Foto və video redaktə proqramları ilə işləmə bacarığı(Adobe Lightroom, Photoshop, Premiere Pro, CapCut və oxşar proqramlar)
  • Video montaj və post-production bacarığı
  • Sosial media üçün kreativ və dinamik video kontent hazırlamaq bacarığı
  • Komanda ilə işləmə və dinamik iş mühitinə sürətli adaptasiya qabiliyyəti
  • Region tədbirlərində iştirak etməyə və tədbir günlərində gec saatlara qədər işləməyə hazır olmaq
  • Kreativ baxış, detallara diqqət və məsuliyyətli yanaşma
  • Portfolio təqdim etmək

​​​​​​İş qrafiki:

  • Həftənin 2 iş günü ofisdə standart iş rejimi
  • Tədbir günlərində isə ofis günlərindən əlavə olaraq, tədbirlərin keçirildiyi məkanlarda iş prosesi
  • İş saatları: 10:00 – 18:00

Əlavə üstünlüklər:

  • Korporativ kompüter təminatı
  • Tədbir günlərində nəqliyyat və qidalanma xərclərinin qarşılanması
  • Davamlı layihələrdə və müxtəlif miqyaslı eventlərdə iştirak imkanı
  • Kreativ və dinamik iş mühiti

Əmək haqqı: 800 – 1000 AZN (namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir)

Maraqlanan namizədlər CV və portfolyolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən, mövzu (subject) hissəsində müraciət etdikləri vakansiyanın adını — “Fotoqraf / Videograf (Event & Teambuilding)” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiyalar