M

M.İ.T Karyera Mərkəzi

Son tarix: 30 İyun 2026

Front-end Developer (Təçrübəçi)

300

Vakansiya haqqında

Frontend Development — Kiçik Mütəxəssis / Təcrübəçi 
Şirkət: M.İ.T Karyera Mərkəzi
Məkan: Bakı, AF City (28 May m/s yaxınlığı)
Müddət: 3 ay (Rəsmi təcrübə qeydiyyatı ilə)
İşin Təsviri:
M.İ.T KaryeraMərkəzinə daxil olan real və irimiqyaslı korporativ layihələrin, CRM/ERP sistemlərinin və veb-platformaların ön tərəfinin (Frontend) inkişaf etdirilməsi komandasına  dinamik təcrübəçilər axtarılır.
Tələblər:
•    HTML5, CSS3 və JavaScript (ES6+) üzrə baza bilikləri;
•    Hər hansı bir müasir freymvork (React, Vue.js və ya Angular) ilə tanışlıq arzuolunandır;
•    Git/GitHub ilə işləmək bacarığı;
•    Kursu yeni bitirmiş və ya özünü real layihələrdə sübut etmək istəyən gənclər.
Təklifimiz və Şərtlər:
•    Aylıq Əməkhaqqı: 300 AZN (Xalis/Net — maaşdan heç bir tutulma və ya komissiya kəsilmir);
•    3 aylıq müddətin rəsmi sənədləşdirilməsi və təcrübə qeydiyyatı;
•    Real korporativ layihələrdə və professional mentor nəzarəti altında iş təcrübəsi;
•    Sonda İşlə Təminat: 3 aylıq proqramı uğurla tamamlayan kadrlar tərəfdaş şirkətlərdə və ya daxili layihələrdə daimi işlə təmin olunurlar.
 Müraciət üçün: CV-nizi mövzu hissəsinə "Frontend Intern" yazaraq [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
 Son müraciət tarixi: 31.05.2026

Oxşar vakansiyalar