M

Make Agency

Son tarix: 3 Oktyabr 2026

Frontend Proqramçı (React / Next.js)

İnformasiya TexnologiyalarıBakıTam Ştat3 Sentyabr 202637

1500

Vakansiya haqqında

Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Frontend proqramçı axtarır.

Vəzifə öhdəlikləri:

  • Figma dizaynlarına əsasən adaptiv və kross-brauzer veb interfeyslərin hazırlanması (korporativ saytlar, kataloq, e-commerce)
  • React + TypeScript ilə komponent əsaslı UI-nin qurulması
  • Backend ilə REST API inteqrasiyası: siyahılar, filtrlər, formalar
  • Form, filtr, axtarış, modal və bildiriş kimi interaktiv elementlərin işlədilməsi
  • SEO-yönümlü front: meta məlumatlar, sürət optimizasiyası (Core Web Vitals), şəkil və şrift optimallaşdırmaları
  • Git workflow-da komanda ilə əməkdaşlıq: kod-review, merge

Tələblər:

  • React üzrə ən azı 2 il təcrübə
  • TypeScript, HTML5, CSS3 (SCSS və ya TailwindCSS) bilikləri
  • Figma dizaynlarını piksel dəqiqliyi ilə və responsiv şəkildə vebə çevirmək bacarığı
  • REST API ilə işləmə təcrübəsi, axios/fetch və error handling
  • Git ilə işləmə bacarığı (branch, merge, pull request)

Əlavə üstünlük veriləcək qabiliyyətlər:

  • Next.js ilə SSR/SSG təcrübəsi
  • UI kitabxanaları: Ant Design, Material UI və s.
  • Form və validasiya təcrübəsi (React Hook Form, Zod)
  • Test alətləri (Testing Library, Playwright) və çoxdilli layihələr (i18n)

Biz sənə nə təklif edirik:

  • Sabit əmək haqqı: 1 500 – 2 000 AZN (təcrübəyə və müsahibənin nəticəsinə görə)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Müxtəlif sənaye sahələrindən tanınmış brendlərlə real layihələr
  • Müasir texnologiyalarla iş: React, Next.js, Laravel
  • İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
  • Karyera inkişafı və portfelini sürətlə böyütmək imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar