P

Prometech

Son tarix: 12 Avqust 2026

Full-stack Developer

İnformasiya TexnologiyalarıBakıTam Ştat4 İyul 202640

Vakansiya haqqında

Prometech korporativ müştərilər üçün müasir rəqəmsal həllər hazırlayan, ERP/CRM sistemləri, veb platformalar, marketplace-lər, SaaS məhsulları və mobil tətbiqlərin backend həllərinin hazırlanması istiqamətində fəaliyyət göstərən IT şirkətidir. Komandamıza peşəkar inkişaf etməyə motivasiyalı, yeni texnologiyaları öyrənməyə açıq və real layihələr üzərində işləmək istəyən Full-Stack Developer (Junior/Middle) axtarırıq.

 

İşin təsviri:

  • Müştəri tələblərinə uyğun veb və proqram həllərinin hazırlanması;
  • PHP (Laravel) texnologiyası əsasında backend hissəsinin hazırlanması və dəstəklənməsi;
  • React istifadə etməklə müasir və responsiv istifadəçi interfeyslərinin hazırlanması;
  • ERP/CRM sistemləri, korporativ portallar, marketplace və SaaS məhsullarının hazırlanması və inkişaf etdirilməsi;
  • Mövcud layihələrin optimallaşdırılması, yeni funksionallıqların əlavə edilməsi və texniki dəstəyin göstərilməsi;
  • PostgreSQL və MySQL verilənlər bazaları ilə işləmək;
  • Git vasitəsilə komanda daxilində versiya idarəetməsinin aparılması;
  • Kod keyfiyyətinin qorunması, test olunması və sənədləşdirilməsi;
  • Layihə komandası ilə sıx əməkdaşlıq edərək tapşırıqların vaxtında və keyfiyyətlə icrası;
  • Süni intellekt alətlərindən (AI) istifadə etməklə proqramlaşdırma prosesinin məhsuldarlığının artırılması.

Gözləntilər:

  • Ali təhsil (istənilən istiqamət);
  • Minimum 1 il Full-Stack Developer və ya oxşar vəzifədə iş təcrübəsi;
  • PHP və Laravel framework-u üzrə praktiki biliklər;
  • HTML, CSS və React texnologiyaları ilə işləmə bacarığı;
  • PostgreSQL və MySQL verilənlər bazaları ilə praktiki bacarıqlar;
  • REST API-lərin hazırlanması və inteqrasiyası üzrə biliklər;
  • Git ilə işləmə bacarığı;
  • Təmiz, oxunaqlı və dəstəklənə bilən kod yazmaq bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və komandada işləmə bacarığı;
  • Yeni texnologiyaları öyrənməyə və peşəkar inkişaf etməyə yüksək motivasiya.
  • Node.js, .NET və ya Python (Django) üzrə təcrübə (üstünlük);
  • Vue.js və ya Next.js ilə işləmə bacarığı (üstünlük);
  • MongoDB ilə iş təcrübəsi (üstünlük);
  • Microservices arxitekturası haqqında biliklər (üstünlük);
  • Docker, CI/CD və digər DevOps alətləri üzrə ilkin biliklər (üstünlük);
  • AI əsaslı proqramlaşdırma alətlərindən (məsələn, GitHub Copilot, ChatGPT və s.) effektiv istifadə təcrübəsi (üstünlük).

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri (şəhər mərkəzi), ofis formatı;
  • İş qrafiki: Tam iş günü;
  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Real və müxtəlif layihələrdə iştirak imkanı;
  • Peşəkar komandada işləmək və karyera inkişafı;
  • Yeni texnologiyalarla işləmək və biliklərin davamlı inkişafı üçün əlverişli mühit.

Oxşar vakansiyalar