C

CASPIREX TRAVEL

Son tarix: 16 Noyabr 2026

Gəlmə turizm üzrə menecer

Turizm və OtelçilikBakıTam Ştat16 Oktyabr 202628

500 ₼

Vakansiya haqqında

Caspirex Travel komandasına qoşul!

Caspirex Travel şirkəti komandamızı genişləndirmək məqsədilə turizm sahəsində təcrübəli, ünsiyyət bacarıqları güclü və satış yönümlü xanım namizədləri Incoming Manager / Satış Meneceri vəzifəsinə dəvət edir.

Beynəlxalq turizm sahəsində karyera qurmaq, xarici tərəfdaşlarla işləmək və yeni biznes əlaqələri yaratmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!

 

  1. Biz nə təklif edirik?

    Peşəkar və inkişafyönümlü iş mühiti;
  2. Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
  3. Beynəlxalq turizm bazarında inkişaf və karyera imkanları;
  4. Xarici tərəfdaşlarla birbaşa əməkdaşlıq imkanı;
  5. Şirkətin inkişafında iştirak etmək və peşəkar bacarıqları artırmaq imkanı.

 

Şirkət: Caspirex Travel

 

Vəzifə: Incoming Manager / Satış Meneceri

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam iş günü

Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək.

Namizəd tələbi: Xanım namizədlər

 

Vakansiya ilə maraqlanan xanım namizədlərdən CV-lərini mövzu hissəsində “Incoming Manager / Satış Meneceri” qeyd etməklə şirkətimizə göndərmələri xahiş olunur.

 

Caspirex Travel — Azərbaycanı dünya ilə birləşdiririk!

Tələblər:

  1. Turizm və ya satış sahəsində iş təcrübəsi;
  2. İngilis dilini yaxşı səviyyədə bilmək;
  3. Rus dilini bilmək üstünlükdür;
  4. Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  5. Müştərilərlə və beynəlxalq tərəfdaşlarla işləmək bacarığı;
  6. MS Office və Excel proqramlarından istifadə bacarığı;
  7. Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  8. Komanda ilə işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
  9. Yeni müştərilər cəlb etmək və satış hədəflərinə çatmaq motivasiyası.
  10. Üstünlük veriləcək namizədlər

    Incoming turizm və ya DMC şirkətlərində iş təcrübəsi olanlar;
  11. Xarici turizm agentlikləri ilə B2B əməkdaşlıq təcrübəsi olanlar;
  12. FIT, qrup turları və fərdi tur paketlərinin hazırlanmasını bilənlər;
  13. Əlavə xarici dilləri bilən namizədlər;
  14. Yeni müştərilərin axtarışı və satışların artırılması üzrə təcrübəsi olanlar.

Vəzifə öhdəlikləri:

  1. Xarici ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri və səyahət agentlikləri ilə yeni B2B əməkdaşlıqların qurulması;
  2. Beynəlxalq bazarlarda yeni müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi;
  3. Azərbaycanın turizm imkanlarının və Caspirex Travel xidmətlərinin xarici tərəfdaşlara təqdim edilməsi;
  4. Otel, transfer, ekskursiya, bələdçi xidmətləri və fərdi tur proqramları üzrə qiymət təkliflərinin hazırlanması;
  5. Müştərilərlə danışıqların aparılması, sorğuların cavablandırılması və satış prosesinin idarə edilməsi;
  6. Mövcud tərəfdaşlarla əlaqələrin qorunması və əməkdaşlığın genişləndirilməsi;
  7. Turizm bazarının araşdırılması və yeni satış imkanlarının müəyyən edilməsi;
  8. Satış nəticələrinin təhlili və müntəzəm hesabatların hazırlanması.

Oxşar vakansiyalar