GMC Consulting
Geodeziya Mühəndisi
Müsahibə əsasında
Vakansiya haqqında
İş mühiti və Vəzifə öhdəlikləri:
- Məsləhətçi qurumda çalışacaq;
- Tikinti sahəsində geodeziya ölçmələrinin, nişanlama və qaldırma işlərinin yerinə yetirilməsi;
- Podratçı tərəfindən təqdim olunan geodeziya sənədlərinin, xəritələrin və icra ölçmələrinin yoxlanılması;
- Layihə oxlarının, hündürlüklərinin və sərhədlərinin sahədə dəqiqləşdirilməsinə nəzarət edilməsi;
- Sahə üzrə iş həcmlərinin geodeziya nəzarətindən keçirilməsi və sənədləşdirilməsi;
- İş regionlardadır — Qarabağ bölgəsində yerləşən layihələrdə həyata keçiriləcək.
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (Geodeziya, kartoqrafiya və ya inşaat mühəndisliyi);
- Sahə üzrə geodeziya mühəndisi kimi azı 3 il iş təcrübəsi;
- Total Station, GPS/GNSS və digər müasir geodeziya cihazları ilə sərbəst işləmək bacarığı;
- AutoCAD, Netcad və digər ixtisas proqramlarını yüksək səviyyədə bilmək;
- Səhra və region şəraitində (Qarabağ bölgəsi) işləməyə uyğunluq.
Ümumi Şərtlər:
- İş rejimi: Qrafikə uyğun (regionlarda rotasiya və ya tələb olunan rejim);
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma yolu ilə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Santexnik
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Insulator
IRES
BakıTam Ştat
Müsahibə əsasındaDünən
SƏTƏM üzrə mütəxəssis
Azerbaijan Poultry Company
BakıTam Ştat
988 ₼Dünən
Baş energetik
STP Global Cable
SumqayıtTam Ştat
Müsahibə əsasındaDünən

PUA operatoru
AT - Geotech MMC
BakıTam Ştat
900 ₼Dünən

16 tonluq mobil kran operatoru (XCMG 16)
Core Construction
BakıTam Ştat
Müsahibə əsasındaDünən
