"

"CUSTOMS OFFICE" MMC

Son tarix: 10 Oktyabr 2026

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat10 Sentyabr 202648

1500

Vakansiya haqqında

Tələblər:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş qüvvədə olan ixtisas attestatının olması — məcburi şərtdir;
Gömrük təmsilçiliyi və gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il praktiki iş təcrübəsi;
İdxal və ixrac bəyannamələrini müstəqil hazırlamaq bacarığı;
Gömrük qanunvericiliyi, gömrük prosedurları, XİF MN üzrə mal təsnifatı, gömrük dəyəri və gömrük ödənişləri haqqında yaxşı bilik;
Kommersiya, nəqliyyat və gömrük sənədlərini düzgün təhlil etmək bacarığı;
Elektron gömrük sistemlərində və bəyannamə proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Rus dilində işlək səviyyədə danışıq və yazışma bacarığı;
İngilis dilində kommersiya sənədlərini oxumaq bacarığı üstünlükdür;
MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və işlərin icra müddətinə düzgün nəzarət etmək bacarığı.
Qeyd: Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulmuşdur.

Vəzifə öhdəlikləri:

Müştərilərdən daxil olan gömrük rəsmiləşdirilməsi sənədlərinin qəbul edilməsi və yoxlanılması;
Sənədlərdə malın adı, miqdarı, çəkisi, qiyməti, göndərən və alıcı məlumatları üzrə uyğunsuzluqların müəyyənləşdirilməsi;
Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müştəridən düzəliş və ya əlavə sənədlərin tələb edilməsi;
İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə bəyannamələrin hazırlanaraq elektron sistemə təqdim edilməsi;
Malların XİF MN kodlarının, gömrük dəyərinin və hesablanmış gömrük ödənişlərinin müəyyənləşdirilməsi;
Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları ilə operativ əlaqənin saxlanılması və daxil olan sorğuların cavablandırılması;
Gömrük işinin sənədlərin qəbulundan malların buraxılışınadək izlənilməsi;
Rəsmiləşdirmənin gedişi və yaranmış məsələlər barədə müştərilərə vaxtında məlumat verilməsi;
Tamamlanmış gömrük işləri üzrə sənədlərin sistemləşdirilməsi və elektron arxivin aparılması;
İcrada olan və tamamlanmış gömrük işləri üzrə daxili hesabatların hazırlanması;
Gömrük qanunvericiliyində və rəsmiləşdirmə qaydalarında baş verən dəyişikliklərin izlənilməsi.

Oxşar vakansiyalar