A

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Son tarix: 16 İyul 2026

Hazır Məhsul Əməliyyatları üzrə Menecer (Yerli bazar)

İnzibati İşlərBakıTam Ştat16 İyun 2026103

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə olan tələblər: 

  • Ali təhsil (Biznes, iqtisadiyyat, logistika, aqrar sahə və ya əlaqəli istiqamət üzrə);
  • Satış, təchizat, logistika və ya kommersiya sahəsində iş təcrübəsi;
  • Ezamiyyətlərə hazırlıqlı olmalı;
  • Analitik düşünmə və satış hesabatlarının hazırlanması bacarığı;
  • Danışıqlar aparmaq və müştəri bazası ilə işləmək bacarığı;
  • Azərbaycan dili sərbəst, rus dili üstünlükdür;
  • Microsoft Excel proqramında işləmək bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Hazır kənd təsərrüfatı məhsullarının yerli bazarda satışını təşkil etmək və idarə etmək;
  • Supermarketlər, topdan satış bazarları, və digər müştərilərlə əməkdaşlıq qurmaq və inkişaf etdirmək;
  • Sifarişlərin qəbulunu, planlanmasını və vaxtında çatdırılmasını təmin etmək;
  • Satış və təchizat proseslərini koordinasiya etmək və operativ nəzarəti həyata keçirmək;
  • Yeni müştəri bazasının araşdırılması və inkişaf etdirilməsini təmin etmək;
  • Təchizatçılarla əməkdaşlıq edərək məhsulun davamlılığını təmin etmək;
  • Qiymət siyasətini bazar şərtlərinə uyğun formalaşdırmaq və satış marjasını idarə etmək;
  • Mövsümi məhsul planlamasında iştirak etmək və satış proqnozları hazırlamaq;
  • Logistika və daxili daşınma proseslərini təşkil etmək və optimallaşdırmaq;
  • Anbar ehtiyatlarının idarə olunmasına nəzarət etmək;
  • Məhsulların keyfiyyətinə nəzarət etmək və müştəri şikayətlərini idarə etmək;
  • Satış göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək;
  • Satış prosesində yaranan riskləri (gecikmə, məhsul itkisi, qiymət dəyişiklikləri və s.) müəyyən etmək və qarşısını almaq;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlər aşağıdaki link vasitəsilə https://careers.ram.az/?vacancy=2461&source=UC_HBS8ZI

Və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Hazır Məhsul Əməliyyatları üzrə Menecer (Yerli Bazar)” yazaraq CV-lərini göndərə bilər.

Oxşar vakansiyalar