R

Real İnşaat MMC

Son tarix: 5 Sentyabr 2026

HR mütəxəssisi

İnsan ResurslarıBakıTam Ştat5 Avqust 202667

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas öhdəliklər:

  • İşə qəbul və seçimlər: Tikinti layihələri üçün tələb olunan mühəndis-texniki heyətin, usta və fəhlələrin axtarışı, müsahibələrin keçirilməsi və işə qəbulu prosesini idarə etmək.
  • Əmək qanunvericiliyi və kargüzarlıq: Əmək Məcəlləsinə uyğun olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, xitam və məzuniyyət əmrlərini hazırlamaq; ƏMAS (e-gov) alt sistemində əməliyyatları tam və vaxtında icra etmək.
  • Kadr uçotu: Şəxsi işlərin formalaşdırılması, əmək kitabçalarının (və ya elektron uçotun) idarə olunması və tabel uçotuna (vaxta nəzarət) nəzarət etmək.
  • Sahə/Obyekt koordinasiyası: Tikinti obyektlərində çalışan işçilərin rotasiyası, növbəli iş rejimləri və gediş-gəliş proseslərinin HR tərəfini tənzimləmək.
  • Əməkhaqqı və Davamiyyət: Aylıq davamiyyət (tabel) göstəricilərini toplamaq, yoxlamaq və əməkhaqqı hesablanması üçün mühasibatlığa təqdim etmək.
  • Əməyin mühafizəsi ilə koordinasiya: SƏTƏM (HSE) şöbəsi ilə birgə işçilərin ilkin təlimatlandırılması və tibbi müayinələrin izlənməsini təmin etmək.
  • Daxili qaydalar və adaptasiya: Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək.

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Psixologiya sahəsi arzuolunandır).
  • Təcrübə: İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi (tikinti və ya istehsalat sektorunda təcrübə mütləqdir/arzuolunandır).
  • Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.

Proqram bilikləri:

  • ƏMAS portali ilə sərbəst işləmək bacarığı.
  • 1C: HR / HRMS proqramı.
  • MS Office (Excel, Word) – yaxşı səviyyədə.
  • Bacıraqlıqlar: Yüksək ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti, kütləvi işə qəbul (mass recruitment) təcrübəsi, operativlik və gərgin iş rejimində işləmək bacarığı.

Ünvan - Ofis Ünvan Svetlana Məmmədova 203c

Əlaqə  +994512059867

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar