Vakansiya haqqında
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Hüquq Departamentinin Rəhbəri vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri
- Şirkətin ali rəhbərliyinə hüquqi risklər, biznes qərarələrinin hüquqi nəticələri, korporativ idarəetmə, əqli mülkiyyət hüququ və əmək hüququ məsələləri üzrə hüquqi məsləhətlər vermək.
- Hüquqşünaslardan ibarət komandanın fəaliyyətinə rəhbərlik etmək, tapşırıqları bölüşdürmək və mürəkkəb hüquqi məsələlər üzrə əməkdaşlara metodiki dəstək göstərmək.
- Hüquqi risklərin minimuma endirilməsi və qanunvericiliyin tələblərinə tam uyğunluğun təmin edilməsi məqsədilə hüquqi strategiyalar hazırlamaq və tətbiq etmək.
- Yeni layihələrin həyata keçirilməsi zamanı biznes bölmələrinə, risklərin idarə edilməsi və komplayns funksiyalarına hüquqi dəstək göstərmək.
- Tənzimləyici tələblərin icrasını, məlumatların açıqlanması prosesini və Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələri hüquqi baxımdan müşayiət etmək.
- Müqavilələrin və şirkətin maraqlarının qorunmasına xidmət edən digər mühüm hüquqi sənədlərin hazırlanmasını, razılaşdırılmasını və hüquqi ekspertizasını həyata keçirmək.
- Məhkəmə mübahisələrini idarə etmək, məhkəmələrdə və barışıq sazişlərinin bağlanması prosesində şirkətin maraqlarını təmsil etmək, həmçinin kənar hüquq məsləhətçilərinin fəaliyyətini əlaqələndirmək.
- Hüquqi, müqavilə və korporativ sənədlərin saxlanılması üzrə səmərəli sənəd dövriyyəsi və arxiv sistemini təşkil etmək və idarə etmək.
Namizədə tələblər
- Hüquq ixtisası üzrə ali təhsil.
- Hüquq sahəsində minimum 5 il iş təcrübəsi (bank, bank olmayan kredit təşkilatı (BOKT) və ya FinTech sektorunda təcrübəyə üstünlük verilir).
- Ən azı 3–5 nəfərdən ibarət hüquqşünas komandasının idarə olunması üzrə uğurlu rəhbərlik təcrübəsi.
- Azərbaycan Respublikasının qanunvericiliyini dərindən bilmək (müqavilə hüququ, korporativ hüquq, əmək hüququ, əqli mülkiyyət hüququ, AMB-nin normativ aktları, BOKT-lar haqqında qanunvericilik və fərdi məlumatların qorunması sahəsində qanunvericilik).
- Məhkəmə işlərinin aparılması, barışıq sazişlərinin bağlanması və biznes layihələrinin hüquqi müşayiəti sahəsində praktik təcrübə.
- Azərbaycan və rus dillərini sərbəst səviyyədə bilmək (hüquqi terminologiya və hüquqi sənədlərlə işləmək bacarığı daxil olmaqla).
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Hüquq Departamentinin Rəhbəri qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
B
Bugün
Müqavilələr üzrə aparıcı mütəxəssis
Bestcomp Group • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Məhkəmə və icra şöbəsinin rəhbəri
PASHA Insurance • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Hüquqşünas / Lawyer
ACON Consulting MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Bugün
Korporativ hüquqşünas
Frazex • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
B
11 Sentyabr 2026
Document Specialist
Baltic Transline Azerbaijan • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
10 Sentyabr 2026
Korporativ Hüquq şöbəsinin rəhbəri
PASHA Insurance • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et