Vakansiya haqqında
BONAFİDE Hüquq Şirkəti “Hüquqşünas” vəzifəsinə namizəd axtarışındadır!
Vəzifə öhdəlikləri
- hüquqi tədqiqat və təhlillərin aparılması
- hüquqi məsləhətin verilməsi
- hüquqi arayışların və sənədlərin tərtib edilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının icra edilməsi
Tələblər:
- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq və yazmaq bacarığı
- 1 il iş təcrübəsi (hüquq şirkətlərində iş təcrübəsi üstünlükdür)
Qeyd - Hazırkı vəzifə şirkətin rusdilli müştəriləri ilə sıx ünsiyyət və əlaqə qurulmasını nəzərdə tutduğundan, rus dilini sərbəst bilməyən namizədlər nəzərə alınmayacaq.
Şərtlər:
- 5 günlük normal iş rejimi (09.00 – 18.00)
- Əmək qanunvericiliyi üzrə rəsmiləşdirmə
- 700 – 1200 AZN məbləğində maaş (namizəddən asılı olaraq)
- Vəkil namizəd üçün əlavə bonuslar
Xahiş edirik, maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Email göndərərkən müraciət etdiyiniz vəzifənin adını qeyd etməyə unutmayın.
Müraciət edən namizədlərdən yalnız vakansiyaya daha uyğun gələn şəxslərlə əlaqə saxlanılacaq. Xahiş edirik bizimlə telefonla əlaqə saxlamağa cəhd etməyəsiniz.
Oxşar vakansiyalar
Böyük hüquqşünas
BONAFIDE Law Firm • Bakı
Hüquqşünas/aparıcı hüquqşünas
Bokt Embafinans MMC • Bakı
Hüquq məsləhətçisi
Facility Management Group • Bakı
Baş hüquq məsləhətçisi
Facility Management Group • Bakı
Hüquqşünas
Bilgə Qrup QSC • Bakı
Anderraytinq şöbəsinin mütəxəssisi
Unicapital • Bakı