A

Avrora

Son tarix: 24 Oktyabr 2026

Hüquqşünas

HüquqBakıTam Ştat24 Sentyabr 202663

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: 

  • Şirkətin tərəf olduğu məhkəmə qərarlarının icrası məqsədi ilə icra və probasiya şöbələrində şirkətin mənafelərinin müdafiə edilməsi;
  • İcra vərəqlərinin məcburi icra olunmasının tələb edilməsi, icra məmurunun hərəkət və hərəkətsizliklərindən, qərarlarından aidiyyatı üzrə şikayət verilməsi və həmin şikayətlərin təmin olunmasının tələb edilməsi;
  • İcra nəticəsində əldə olunan pul vəsaitlərini və əmlakların şirkətə çatdırılması məqsədi ilə qəbul edilməsi, icra işləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciətlərin edilməsi, sənədlərin təqdim edilməsi və həmin orqanlarda olan işlər üzrə tədbirlərin icra edilməsinin tələb olunması;
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri mütəmadi olaraq izləmək, öz iş fəaliyyətini həmin dəyişikliklərə uyğunlaşdırmaq  və dəyişikliklərə uyğun olaraq şirkətin maraqlarını təmin etmək məqsədi ilə tədbirlərin görülməsi;
  • Birbaşa rəhbərinin və şirkət rəhbərliyinin hüquqi məsələlərlə bağlı bütün göstərişlərinin yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar: 

  • Azərbaycan Respublikasının Mülki, Mülki-Prosessual və İcra haqqında qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
  • Məhkəmə və digər dövlət orqanları üçün ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
  • Borclularla effektiv ünsiyyət qurmaq üçün danışıqlar aparma, inandırma və konfliktləri idarəetmə bacarıqları;
  • MS Office proqramları üzrə biliklər.

Tələb olunan təhsil, iş təcrübəsi: 

  • Təhsil: Ali təhsil (Hüquqşünas)
  • Problemli işlər, borcların idarə edilməsi və ya məhkəmə işləri sahəsində minimum 1-3 il iş təcrübəsi tələb olunur (Bank, BOKT və ya holdinq təcrübəsi olanlara üstünlük veriləcəkdir).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Nahar təminatı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar