Vakansiya haqqında
BOKT “IDEAL KREDIT” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Notariat kontorlarında ipoteka müqavilələrinin yerində rəsmiləşdirilməsi və sənədləşmə işlərinin aparılması;
- Problemli kreditlər üzrə icra qeydlərinin alınması üçün notariat orqanları ilə işin təşkili;
- Məhkəmə proseslərində iştirak etmək, şirkətin hüquqi maraqlarını müdafiə etmək;
- İddia ərizələrinin hazırlanması, təqdim edilməsi və məhkəmə proseslərində müdafiəsinin həyata keçirilməsi;
- Borclulara ünvanlanan xəbərdarlıq və bildirişlərin hazırlanması və göndərilməsi;
- Müxtəlif hüquqi ərizə, iddia, müraciət və digər sənədlərin hazırlanması;
- Kredit öhdəliklərinin icrası və borcların hüquqi qaydada tələb edilməsi istiqamətində işlərin aparılması;
- Hüquqi sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi.
Tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Notariat sahəsində, bank və ya BOKT-da hüquqşünas kimi ən azı 2-3 il iş təcrübəsi;
- Hüquqi sənədlərin hazırlanmasında yüksək yazı mədəniyyəti və dəqiqlik;
- Məsuliyyətlilik, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı;
Bilməlidir:
- Mülki Məcəllə və Mülki Prosessual Məcəllə;
- "Notariat haqqında", "İpoteka haqqında" və "Daşınar əmlakın girovu haqqında" Azərbaycan Respublikasının qanunları;
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Təftiş üzrə Mütəxəssis
Veysəloğlu MMC
SalyanTam Ştat
Müsahibə əsasındaDünən
Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis
Veysəloğlu MMC
BakıTam Ştat
Müsahibə əsasındaDünən

AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin Mütəxəssisi
PASHA Bank
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026
Operativ Nəzarət üzrə mütəxəssis (Şirvan)
OBA marketlər şəbəkəsi
ŞirvanTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026
International Lawyer – German Speaking
IRES
BakıTəcrübə
Müsahibə əsasında25 Noyabr 2026
Senior Lawyer
Financial Chain Corporation
BakıTam Ştat
Müsahibə əsasında21 Noyabr 2026

