Vakansiya haqqında
İş yerinin təsviri:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
- Korporativ hüquq sahəsində 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
Əmək haqqı:1000 AZN
Əsas iş funksiyaları:
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
- Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
- Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn müqаvilələrin imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;
- Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
- Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
G
Bugün
ƏL/TMM üzrə mütəxəssis
Golden Pay • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Junior Legal and Corporate Governance Specialist / Hüquq və Korporativ İdarəetmə üzrə Kiçik Mütəxəssis
PASHA Capital • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
H
Bugün
Hüquqşünas-Vəkil
HÜQUQ DEPARTAMENTİ • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Dünən
Head of Legal Department / Hüquq Şöbəsinin Müdiri
Medsol • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
A
17 İyun 2026
Hüquqşünas
Azərbaycan Kredit Bürosu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
17 İyun 2026
Senior Lawyer
Financial Chain Corporation • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et