1500 ₼
Vakansiya haqqında
Vəzifə: HVAC mühəndisi
İş yeri: NAT CORP MMC
İş qrafiki: 5 günlük iş qrafiki ( 0900 – 1800 )
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək.
Vəzifə haqqında
Şirkətimiz HVAC (Heating, Ventilation and Air Conditioning) — isitmə, havalandırma və kondisioner sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və texniki nəzarəti sahəsində çalışacaq məsuliyyətli və peşəkar HVAC mühəndisi axtarır.
Təklif edirik
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Peşəkar komanda ilə işləmək;
- Bilik və təcrübəyə uyğun əmək haqqı;
- Müasir mühəndislik layihələrində iştirak imkanı.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “HVAC mühəndisi” qeyd etməklə aşağıdakı əlaqə vasitəsinə göndərə bilərlər.
E-mail: [email protected]
Əlaqə nömrəsi: 010 – 256 – 01 – 78 Əsmər xanım
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər:
- Müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
- HVAC, isitmə, havalandırma və kondisioner sistemləri üzrə nəzəri və praktiki biliklər;
- Çiller, fancoil, AHU, nasoslar və digər mühəndislik avadanlıqları haqqında məlumatlı olmaq;
- AutoCAD proqramı ilə işləmək bacarığı;
- Texniki çertyojları və layihə sənədlərini oxumaq bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Üstünlük hesab olunur:
- HVAC sahəsində iş təcrübəsi;
- Revit MEP və ya digər mühəndislik proqramları üzrə biliklər;
- HVAC avadanlıqlarının seçilməsi, texniki hesablamalar və layihələndirmə təcrübəsi;
- İngilis dilində texniki sənədlərlə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- HVAC sistemlərinin layihələrinin hazırlanmasında və texniki həllərin seçilməsində iştirak etmək;
- Çiller, fancoil, AHU, VRF/VRV və digər HVAC avadanlıqlarının texniki xüsusiyyətlərini təhlil etmək;
- İsitmə, soyutma və havalandırma sistemlərinin hesablamalarını aparmaq;
- Texniki layihələri, spesifikasiyaları və avadanlıq siyahılarını hazırlamaq;
- Avadanlıqların seçilməsi, quraşdırılması və istismara verilməsi proseslərinə nəzarət etmək;
- Texniki sənədləri, çertyojları və işçi layihələri oxumaq və təhlil etmək;
- Layihələrin texniki norma və standartlara uyğunluğunu təmin etmək;
- Podratçılar, təchizatçılar və digər mühəndislərlə əməkdaşlıq etmək;
- HVAC sistemlərində yaranan texniki problemləri müəyyənləşdirmək və həll yolları təklif etmək.
Oxşar vakansiyalar
Təmirçi Çilingər
Scandens • Bakı
Texniki menecer
Radius • Bakı
Yanğın Xəbərverici Sistemləri üzrə baş mütəxəssis
Facility Management Group • Bakı
Usta
Nadiroğlu • Bakı
Layihəçi memar
North West • Bakı
Elektrik və mexanika işləri üzrə texnik
Cronos Construction • Bakı