“XƏTAİ-7” MMMC Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A ünvanında yerləşən çoxmənzilli yaşayış kompleksinin idarə olunmasını həyata keçirir. Cəmiyyətin gündəlik operativ idarə olunması, texniki və təsərrüfat fəaliyyətinin təşkili, ümumi əmlakın təhlükəsiz və fasiləsiz istismarının təmin edilməsi, işçi heyətinin fəaliyyətinin koordinasiyası, sakinlərlə kommunikasiyanın təşkili, debitor borcların idarə olunması və İdarə Heyətinin qərarlarının icrasının təmin edilməsi məqsədilə peşəkar İcraçı direktor axtarılır.
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A. Ofis.
İş forması: Əsas iş yeri olmaqla tam ştatlı məşğulluq
İş qrafiki: Tam iş günü, həftəfə 6 gün.
Xalis aylıq əmək haqqı: 1500 manat
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər
Tələblər:
• İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrasını təmin etmək;
• Yaşayış kompleksinin gündəlik operativ idarə olunmasını həyata keçirmək;
• Qazanxana, nasosxana, elektrik yarımstansiyası, lift təsərrüfatı, su anbarları, yanğın təhlükəsizliyi sistemləri və digər mühəndis sistemlərinin təhlükəsiz və fasiləsiz istismarını təşkil etmək;
• Ümumi əmlakın saxlanılması, qorunması və istifadəsinə nəzarət etmək;
• Cari və əsaslı təmir işlərini planlaşdırmaq və təşkil etmək;
• Podratçı və xidmət təşkilatlarının fəaliyyətinə nəzarət etmək;
• Satınalma proseslərini, anbar təsərrüfatını və inventarlaşmanı təşkil etmək;
• İşçi heyətinin fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına nəzarət etmək;
• Sakinlərin müraciətlərinin, şikayət və təkliflərinin araşdırılmasını təmin etmək;
• Debitor borcların idarə olunmasını və borcların yığılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil etmək;
• Lift kartları, giriş kodları və digər texniki məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət etmək;
• Dövlət orqanları, kommunal xidmət təşkilatları, podratçılar və digər tərəflərlə işgüzar münasibətləri həyata keçirmək;
• Rəsmi yazışmaları, ərizə və məktubları hazırlamaq və koordinasiya etmək;
• Video müşahidə sisteminin fəaliyyətinə nəzarət etmək, zəruri hallarda arxiv görüntülərinə baxış keçirmək, görüntülərin seçilməsi və saxlanılmasını təmin etmək;
• Yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs qismində fəaliyyət göstərmək;
• İdarə Heyətinə aylıq, rüblük və illik fəaliyyət hesabatları təqdim etmək.
Vəzifə öhdəlikləri:
• Rəsmi əmək müqaviləsi;
• Sabit iş yeri və uzunmüddətli əməkdaşlıq imkanı;
• Yaşayış kompleksinin idarə olunmasında rəhbər vəzifədə işləmək imkanı;
• Qanunvericiliyə uyğun sosial təminatlar;
• Peşəkar inkişaf və karyera perspektivləri.