Abşeron Logistika Mərkəzi
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri
Müsahibə əsasında
Vakansiya haqqında
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir.
Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur.
Mərkəzin gələcək uğurlarının iştirakçısı olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət;
- Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsinin təmini;
- Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması, təmininə nəzarət;
- Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq;
- İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası;
- Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması;
- Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası;
- Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi;
- Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi;
- Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması;
- Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması;
- KSM tədbirlərin keçirilməsi, Mərkəzin Cəmiyyətə olan qayğısının təbliğ edilməsi.
- Müştəri sorğularının keçirilməsi;
- Çağrı mərkəzi fəaliyyətinin təşkili və təmini;
- Şöbənin işçi heyətinin idarə edilməsi;
- Marketinq üzrə illik planın hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə minimum 5 il, o cümlədən idarəetmə sahəsində 3 ilədək iş təcrübəsi;
- Yüksək səviyyədə yaradıcı yazı bacarığı və mətn redaktəsi təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office, Canva, Meta Business Suite, və digər rəqəmsal alətlər üzrə biliklər.
Peşəkar tələblər:
- Reklam və kommunikasiya sahəsində qanunvericilik tələblərini bilməsi;
- İdarəetmə bacarıqları;
- Güclü təşkilatçılıq;
- Proses idarəçiliyi bacarığı:
- Yaradıcılıq, kreativlik;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən və ya CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)
Oxşar vakansiyalar
SMM Mütəxəssisi Vakansiyası
BMG International • Bakı
Pərakəndə və Satış kanalları departamentinin rəhbəri
PASHA Insurance • Bakı
Satış Meneceri
Sahil Transport MMC • Bakı
Daşınmaz əmlakın satışı üzrə mütəxəssis (Naxçıvan şəhəri)
Facility Management Group • Bakı
SMM
Baku Elektrik MMC • Bakı
Satış təmsilçisi
Rifah Qrup • Bakı