G
Giltex
IFRS hesabatlılığı üzrə Baş mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
IFRS hesabatlılığı üzrə Baş mütəxəssis
Vəzifənin qısa təsviri:
- İFRS üzrə Aparıcı Mütəxəssisin əsas rolu şirkətin maliyyə hesabatlarının İFRS standartlarına uyğun hazırlanmasını və təqdim edilməsini, İFRS üzrə bağlanış proseslərinin effektiv şəkildə həyata keçirilməsini və şirkətin əməliyyatlarının müvafiq mühasibat uçotu prinsiplərinə uyğun qiymətləndirilməsini təmin etməkdir. Vəzifə çərçivəsində beynəlxalq maliyyə hesabatlarının hazırlanması, maliyyə məlumatlarının üzləşdirilməsi və düzəlişlərinin aparılması, audit proseslərinin əlaqələndirilməsi, həmçinin Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarında (IFRS) baş verən dəyişikliklərin mütəmadi izlənilməsi və tətbiqinin təmin edilməsi həyata keçirilir. .
Əsas vəzifə və öhdəliklər:
- IFRS standartlarının şirkət üzrə düzgün tətbiqini və maliyyə hesabatlarının müvafiq tələblərə uyğun hazırlanmasını təmin etmək;
- Şirkətin mövcud və yeni əməliyyatlarını beynəlxalq maliyyə hesabatlılığı standartları baxımından qiymətləndirmək və müvafiq mühasibat uçotu yanaşmasını müəyyən etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının bağlanışı prosesləri çərçivəsində tələb olunan hesablamaları, üzləşdirmələri və düzəlişləri hazırlamaq;
- IFRS üzrə tam maliyyə hesabatları paketinin — Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat və müvafiq açıqlamaların hazırlanmasında iştirak etmək;
- Xarici audit prosesində şirkət tərəfindən əsas əlaqələndirici şəxs kimi çıxış etmək və audit prosesinin başdan sona əlaqələndirilməsinə dəstək göstərmək;
- IFRS standartlarında baş verən dəyişiklikləri mütəmadi izləmək, onların şirkətin fəaliyyətinə mümkün təsirlərini qiymətləndirmək və tələb olunan dəyişikliklərin tətbiqini təmin etmək;
- Maliyyə məlumatlarının üzləşdirilməsi, əlavə hesablama cədvəlləri, mühasibat uçotu üzrə izahatlar və digər audit və maliyyə hesabatlılığı üzrə işçi sənədlərini hazırlamaq;
- Maliyyə hesabatlarının hazırlanması və audit proseslərində mövcud boşluqları müəyyən etmək, proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək;
- Maliyyə hesabatlılığı üzrə məlumatların düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını təmin etmək.
Tələb olunan bacarıqlar:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- ACCA FR və ya DipIFR kvalifikasiyası üstünlükdür.
- Maliyyə hesabatlılığı, IFRS və/və ya audit sahəsində minimum 2–3 il müvafiq iş təcrübəsi;
- Big Four audit təcrübəsi və ya istehsal sektorunda IFRS hesabatlılığı üzrə praktiki təcrübə üstünlükdür;
- FRS standartları üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;
- MS Office, xüsusilə Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
- Böyük həcmli maliyyə məlumatları ilə işləmək və məlumatları təhlil etmək bacarığı;
- Güclü analitik və tənqidi düşünmə qabiliyyəti;
- Maliyyə hesabatlarını və accounting məlumatlarını təhlil etmək bacarığı;
- Maliyyə məlumatlarının üzləşdirilməsi, düzəlişlərin aparılması və əlavə hesablama cədvəllərinin hazırlanması bacarığı;
- Detallara yüksək diqqət və dəqiqlik;
- Güclü problem həll etmə və qərarvermə bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və son tarixlərə riayət etmək bacarığı;
- Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- İngilis dili üzrə IFRS standartları, audit sorğuları və peşəkar sənədlərlə sərbəst işləyə biləcək səviyyədə bilik;
- Azərbaycan dilini yaxşı səviyyədə bilmək; rus dilini bilmək üstünlükdür.
İş şəraiti:
- İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
- Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Senior IFRS Reporting Specialist
Role Synopsis:
- The primary responsibility of the Senior IFRS Reporting Specialist is to ensure that the company’s financial statements are prepared and presented in accordance with IFRS standards, that IFRS closing processes are carried out effectively, and that the company’s transactions are assessed in accordance with applicable accounting principles. The position involves preparing financial statements in accordance with international financial reporting standards, performing financial data reconciliations and adjustments, coordinating audit processes, as well as monitoring changes in International Financial Reporting Standards (IFRS) and ensuring their implementation.
- Key Accountabilities:
- Ensure the proper application of IFRS standards across the company and the preparation of financial statements in accordance with the relevant requirements;
- Assess the company’s existing and new transactions from an IFRS perspective and determine the appropriate accounting treatment;
- Prepare the required calculations, reconciliations and adjustments as part of the monthly, quarterly and annual financial closing processes;
- Participate in the preparation of the complete IFRS financial reporting package, including the Statement of Financial Position, Statement of Profit or Loss, Statement of Cash Flows, Statement of Changes in Equity, and related disclosures;
- Act as the company’s main point of contact during the external audit process and support the coordination of the audit process from beginning to end;
- Monitor changes in IFRS standards on a regular basis, assess their potential impact on the company’s operations, and ensure the implementation of required changes;
- Prepare financial reconciliations, supporting schedules, accounting memos, and other audit and financial reporting working papers;
- Identify existing gaps in financial reporting and audit processes and provide recommendations for process improvement and automation;
- Ensure the accuracy, completeness, and timely submission of financial reporting information.
- Required skills:
- Bachelor’s degree in finance, Accounting, Economics, or a related field;
- ACCA FR or DipIFR qualification is considered an advantage;
- Minimum 2–3 years of relevant experience in financial reporting, IFRS, and/or audit;
- Big Four audit experience or practical IFRS reporting experience in the manufacturing sector is considered an advantage;
- Strong practical knowledge of IFRS standards and their application;
- High proficiency in MS Office, particularly Microsoft Excel;
- Ability to work with and analyze large volumes of financial data;
- Strong analytical and critical thinking skills;
- Ability to analyze financial statements and accounting data;
- Ability to perform financial reconciliations, make adjustments, and prepare supporting schedules;
- Strong attention to detail and accuracy;
- Strong problem-solving and decision-making skills;
- Ability to manage time effectively and meet deadlines;
- Ability to work effectively as part of a team and collaborate with various departments;
- Strong English language proficiency to work independently with IFRS standards, audit inquiries, and professional documentation;
- Good command of Azerbaijani; knowledge of Russian is an advantage.
Working Conditions:
- Location: Sulh Street 2, Sumgait, Azerbaijan;
- Shuttle service (from Ganjlik Metro Station) and lunch are provided.
Candidates who meet the requirements outlined below are kindly requested to send their CVs to the e-mail address in the Apply for job button.
Oxşar vakansiyalar
A
Bugün
Sığorta məsləhətçisi
Ateshgah Sigorta • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Monitorinq şöbəsinin kiçik mütəxəssisi, mütəxəssisi
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Accountant (Beginner Level)
BDO Azerbaijan LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Audit Intern
BDO Azerbaijan LLC • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Finance Manager
IRES • Bakı
Təcrübə
4000 ₼Müraciət et
F
Bugün
Mühasib köməkçisi
Frutto • Bakı
Tam Ştat
700 ₼Müraciət et