E

EDUGrata Təhsil Mərkəzi

Son tarix: 16 Oktyabr 2026

İnkişaf mentoru

Təhsil və TəlimBakıYarım Ştat6 Sentyabr 202671

200

Vakansiya haqqında

🔹 Tələbələr, maarifçiliyə marağı olan gənclər üçün yarım ştat ödənişli təcrübə imkanı.

🔴 Vəzifə öhdəlikləri:

  • Şagirdlərin dərs davamiyyətini, imtahan nəticələrini və akademik irəliləyişini mütəmadi izləmək.
  • Təlim-tədris prosesində çətinlik çəkən şagirdləri vaxtında müəyyən edib onlara fərdi öyrənmə istiqaməti vermək.
  • Şagirdlər, fənn müəllimləri və valideynlər arasında effektiv informasiya axınını təmin etmək.
  • Valideynlərin və şagirdlərin rəy və təkliflərini rəhbərliyə çatdırmaq.
  • Şagirdlərin davamlı motivasiyasını yüksək saxlamaq üçün seminarların, sosial fəaliyyətlərin təşkili.

🔸 Müraciət edən gənclərdən gözləntilərimiz:

  • Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
  • Öyrənmək və araşdırmaq qabiliyyəti;
  • Vətənini və millətini sevən, özündən yaşda gənc insanımıza yatırım etməyə hazır olan şəxslər;
  • İlk öncə sevməyi və sevdirməyi bacaran şəxslər;
  • İşini bitirmədən ondan əl çəkməyən, işini görən deyil, işini doğru görən şəxslər.

✌️ Bizimlə çalışmağın üstünlükləri:

  • Səmimi və çalışqan bir mühit;
  • Öyrətməyi daim özünə vəzifə bilən rəhbərlik heyəti;
  • Rəsmi qeydiyyat və daim vaxtında ödənilən əmək haqqı.

    Şərtlər:

  • Yarım ştat əmək haqqı fiks 200 manat + əlavə bonuslar;
  • Ali məktəbə qəbul imtahanında 500+ bal toplayan tələbələr.
  • 📌 Qeyd: Şagirdlər üçün nümunəvi rol model ola biləcək gənclərin onların gələcəyinə böyük töhfə verəcəyinə inanırıq. Məqsədimiz içində maarifçilik ruhu daşıyan gənclərimizi daha gənc şagirdlərimizlə bir platformada bir araya gətirməkdir.

Oxşar vakansiyalar