G

Green Charge Azerbaijan

Son tarix: 29 Sentyabr 2026

İnkişaf üzrə Menecer

İnzibati İşlərBakıTam Ştat29 Avqust 202665

400

Vakansiya haqqında

Elektrikli Avtomobillər üçün Şarj Stansiyaları Şəbəkəsinin İnkişafı üzrə Menecer

 

Elektrikli avtomobillər üçün şarj stansiyaları şəbəkəsinin aktiv genişlənməsi ilə əlaqədar komandamıza enerjili, ünsiyyətcil və nəticəyönümlü əməkdaş axtarırıq.

 

1. Full-time iş formatı

Bu formatda siz bizimlə tam iş qrafiki əsasında çalışırsınız. Gündəlik fəaliyyətiniz və görülən işlər barədə hesabat təqdim edirsiniz.

Ödəniş:

  1. 400 AZN aylıq sabit maaş
  2. Quraşdırılan hər bir şarj stansiyasına görə 200 AZN bonus

 

 

2. Sərbəst qrafik / nəticəyə əsaslanan əməkdaşlıq

Bu formatda sizin iş qrafikiniz sərbəstdir. Sizi heç kim gündəlik olaraq nəzarətdə saxlamır və müəyyən iş saatı tələb olunmur. Əsas tələb uyğun və perspektivli məkanları tapmaq və nəticə əldə etməkdir.

Bu halda:

  1. Sabit maaş yoxdur
  2. Quraşdırılan hər bir şarj stansiyasına görə 300 AZN ödəniş edilir

Axtardığımız uyğun məkanlara yaşayış kompleksləri, ticarət və biznes mərkəzləri, hotellər, restoran və kafelər, klinikalar, supermarketlər, fitnes mərkəzləri və geniş parkinq sahəsi olan digər kommersiya obyektləri daxildir.

* Sürətlə inkişaf edən elektromobillik sektorunda perspektivli iş.

* Karyera və peşəkar inkişaf imkanları.

Tələblər:

* Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı.

* Satış, biznesin inkişafı və ya müştərilərlə iş sahəsində təcrübə arzuolunandır.

* Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

* İşini müstəqil planlaşdırmaq və təşkil etmək bacarığı.

* Şəxsi avtomobilin olması üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri:

* Şəhər daxilində şarj stansiyalarının quraşdırılması üçün perspektivli məkanların axtarışı.

* Kommersiya obyektləri, ticarət mərkəzləri, biznes mərkəzləri, yaşayış kompleksləri, klinikalar, hotellər, restoranlar, supermarketlər və digər obyekt sahibləri ilə danışıqların aparılması.

* Tərəfdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi.

* Seçilmiş məkanların nəqliyyat axını və potensial tələbat baxımından təhlili.

* Kommersiya təkliflərinin təqdim olunması və danışıqların razılaşma əldə edilənədək müşayiət edilməsi.

* Obyektlərə baxış keçirilməsi və avadanlığın yerləşdirilməsi imkanlarının qiymətləndirilməsi.

Oxşar vakansiyalar