K

Kila Group

Son tarix: 29 Oktyabr 2026

İnşaat sahə rəisi

İnşaat və MemarlıqBakıTam Ştat29 Sentyabr 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Öhdəliklər:

  • Tikinti sahəsinin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
  • İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması,
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;

Tələblər:

  • İnşaat və ya müvafiq sahə üzrə ali təhsil;
  • AutoCAD və MS Office  proqramlarında sərbəst işləmə bacarığı;
  • Müvafiq iş təcrübəsi (minimum 3 il);
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı.

Bizim təminatımız:

  • İş yeri: Bakı şəhər
  • İş rejimi: Bazarertəsi-Cümə,iş saatı 09:00-18:00-dək
  • Məşğulluq növü: Tam ştat
  • Əmək haqqı (yüksək) Namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq.
  • Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnşaat Sahə Rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiyalar