X

Xalq Sığorta

Son tarix: 22 Oktyabr 2026

İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat22 Sentyabr 202653

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər;
  • 1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
  • Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

  • AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması; 
  • İşçilərin şəxsi işlərinin  formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
  • İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
  • Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
  • Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
  • Arayışların hazırlanması və qeydiyyatın aparılması;
  • HR üzrə gündəlik inzibati və əməliyyat proseslərinin icrasında iştirak etmək.

Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  •  İş yeri: Bakı şəhəri 
  •  İmtiyazlar: Könüllü tibbi sığorta
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur

Oxşar vakansiyalar