B
Baku Steel Company CJSC
İnsan Resursları üzrə Koordinator (Sumqayıt şəhəri)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə haqqında
Şirkət üzrə insan resursları əməliyyatlarının və əmək münasibətləri proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək, HR sənədləşməsini koordinasiya etmək, eyni zamanda işə qəbul, adaptasiya və təlim proseslərində iştirak etmək.
Əsas vəzifə öhdəlikləri
- Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı proseslərini əmək qanunvericiliyinə uyğun həyata keçirmək;
- ƏMAS, 1C 8.3, İSB və digər HR sistemlərində əməkdaş məlumatlarının düzgün və aktual saxlanılmasını təmin etmək;
- Tabel, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər HR əməliyyatlarını koordinasiya etmək;
- Əmrlərin, müqavilələrin, arayışların və digər HR sənədlərinin hazırlanması və rəsmiləşdirilməsini həyata keçirmək;
- Əmək münasibətləri və intizam məsələləri üzrə proseslərin sənədləşdirilməsində iştirak etmək;
- Yeni əməkdaşların onboarding və adaptasiya proseslərini koordinasiya etmək;
- İşə qəbul proseslərində aidiyyəti HR əməkdaşları və struktur bölmələri ilə əməkdaşlıq etmək;
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlimlərin təşkili və nəticələrinin izlənilməsində iştirak etmək;
- HR göstəriciləri üzrə məlumatları toplamaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
- İşçilər və struktur rəhbərlərinə HR prosesləri üzrə dəstək göstərmək və proseslərin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər
- İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- HR Operations və əmək münasibətləri üzrə praktiki iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək;
- ƏMAS, 1C 8.3 və İSB sistemlərində işləmək bacarığı;
- İşə qəbul, onboarding və adaptasiya, təlim və inkişaf prosesləri üzrə bilik;
- HR sənədləşməsi və hesabatlılıq üzrə praktiki bilik;
- MS Office proqramlarında yaxşı işləmək bacarığı;
- Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir;
- İngilis dili biliyi üstünlükdür;
- Güclü kommunikasiya, koordinasiya, analitik və problem həll etmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və məxfilik.
Arzuolunandır
- HR Management, əmək qanunvericiliyi, HR Operations, Recruitment & Selection və Learning & Development istiqamətləri üzrə təlim və sertifikatlar.
İş yeri: Sumqayıt şəhəri
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
P
Bugün
Sənədlərin idarəolunması üzrə kiçik mütəxəssis (Reception)
PASHA Insurance • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Qrup Rəhbəri
ATİCO PHARMA • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
Bugün
ER Manager
Azerbaijan SuperMarket • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
D
Dünən
HR Manager (Recruiter)
Div Academy • Bakı
Təcrübə
1000 ₼Müraciət et
A
Dünən
İnsan resursları şöbəsi – Mütəxəssis
Azerbaijan Energy Regulatory Agency • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
2 Oktyabr 2026
HR Manager (Recruiter)
Div Academy • Bakı
Təcrübə
—Müraciət et