A
Azera Holding
İnsan Resursları üzrə Menecer - Azera Holding (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
“AZERA Holding” peşəkar komandasına İnsan Resursları üzrə Menecer vəzifəsi üzrə təcrübəli, təşəbbüskar və peşəkar namizədləri dəvət edir.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin insan resurslarının idarə edilməsi proseslərini təşkil etmək və koordinasiya etmək;
- HR strategiyasının, daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
- İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul proseslərini təşkil etmək;
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün idarə edilməsini təmin etmək;
- Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək;
- ƏMAS və digər müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında və düzgün icrasını təmin etmək;
- Yeni əməkdaşların adaptasiya (onboarding) prosesini təşkil etmək və izləmək;
- Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin tətbiqində iştirak etmək;
- Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim planlarının hazırlanmasını və icrasını koordinasiya etmək;
- Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsində iştirak etmək;
- Kadr məlumat bazasının düzgün formalaşdırılmasını, yenilənməsini və məlumatların məxfiliyini təmin etmək;
- Əməkhaqqı hesablanması üçün zəruri məlumatların hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək;
- Əmək münasibətləri ilə bağlı yaranan məsələlərin və mübahisələrin qanunvericiliyə uyğun həllində iştirak etmək;
- HR göstəricilərini təhlil etmək, aylıq və dövri hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
- HR proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq.
Vəzifəyə dair tələblər
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahələr üzrə);
- İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
- Kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi və əmək münasibətləri üzrə praktiki təcrübə;
- ƏMAS və digər elektron kadr sistemləri ilə işləmək bacarığı;
- MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
- HR hesabatlarının hazırlanması və əsas HR göstəricilərinin təhlili üzrə biliklər;
- İngilis dili – B2, rus dili – B2 səviyyəsində bilik arzuolunandır.
- Şəxsi keyfiyyətlər və bacarıqlar
- Liderlik və komanda ilə işləmək bacarığı;
- Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Strateji yanaşma və təşəbbüskarlıq;
- Yüksək məsuliyyətlilik və detallara diqqət;
- Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı;
- Çoxşaxəli tapşırıqları və prioritetləri effektiv idarə etmək;
- Dinamik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş qrafiki
- Həftə içi 5 gün, saat 09:00–18:00;
- Zərurət yarandıqda şənbə günü – yarım iş günü.
AZERA Holding-in peşəkar komandasının bir hissəsi olmaq və insan resurslarının idarə edilməsi sahəsində inkişafımıza töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
B
Dünən
İnsan resursları üzrə baş mütəxəssis (İR üzrə biznes tərəfdaşı)
Bakinity Distribution MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
24 Oktyabr 2026
İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis
PASHA Insurance • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
S
21 Oktyabr 2026
Korporativ müştərilərlə iş üzrə menecer
STIMUL Education & Consulting • Bakı
Tam Ştat
500 ₼Müraciət et
O
21 Oktyabr 2026
İR Biznes Tərəfdaşı (Sabirabad)
OBA marketlər şəbəkəsi • Beyləqan
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
20 Oktyabr 2026
İnsan Resursları (HR) üzrə mütəxəssis
Istanbul Teknik • Bakı
Tam Ştat
900 ₼Müraciət et
F
20 Oktyabr 2026
İnsan Resursları üzrə mütəxəssis
Falcon Finance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et