A

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Son tarix: 27 Avqust 2026

İnsan Resursları üzrə Mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat27 İyul 202657

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları və ya Payroll sahəsində iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • İşə qəbul, işdən çıxma və əmək münasibətləri üzrə sənədləşmə proseslərini həyata keçirmək;
  • Əmək müqavilələrinin, əmrlərin və digər İR sənədlərinin hazırlanmasını təmin etmək;
  • ƏMAS, E-sosial və digər dövlət portallarında İR əməliyyatlarını icra etmək;
  • Yeni əməkdaşların qeydiyyatını, sistem hesablarının və giriş icazələrinin yaradılmasını təmin etmək;
  • Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
  • Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək;
  • İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar