Arash Company
İnsan Resursları üzrə Mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
ARASH Company komandasına məsuliyyətli, təşəbbüskar və inkişafyönümlü İnsan Resursları üzrə Mütəxəssis axtarır.
Bu vəzifə yalnız gündəlik HR əməliyyatlarının icrası ilə məhdudlaşmır. Axtardığımız namizəd şirkətin insan resursları funksiyasının inkişafında aktiv rol oynayacaq, ən yaxşı istedadların cəlb edilməsinə, performansın idarə olunmasına, korporativ mədəniyyətin gücləndirilməsinə və HR proseslərinin təkmilləşdirilməsinə töhfə verəcək.
Əgər insanlarla işləməyi sevir, sistem qurmağı bacarır və HR sahəsində uzunmüddətli karyera qurmaq istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
İşə qəbul və istedadların cəlb edilməsi
- Vakansiyaların hazırlanması və müxtəlif platformalarda yerləşdirilməsi;
- Namizədlərin axtarışı, ilkin seçim, müsahibələrin təşkili və keçirilməsi;
- İşə qəbul prosesinin tam koordinasiyası;
- Namizəd bazasının formalaşdırılması və idarə olunması;
- Employer Branding fəaliyyətlərinin həyata keçirilməsi;
- Universitetlər və digər tərəfdaşlarla əməkdaşlığın qurulması;
- Təcrübə və intern proqramlarının təşkili.
HR administrasiyası
- Əmək müqavilələrinin və digər HR sənədlərinin hazırlanması;
- İşçi şəxsi işlərinin və sənəd dövriyyəsinin idarə olunması;
- Məzuniyyət, davamiyyət və digər HR qeydlərinin aparılması;
- Əməkhaqqı hesablanması prosesində mühasibatlıq şöbəsi ilə koordinasiya;
- Əmək qanunvericiliyinə uyğun HR sənədlərinin hazırlanması və izlənilməsi.
Performansın idarə olunması
- KPI və performans qiymətləndirmə sistemlərinin tətbiqində iştirak;
- Sınaq müddətinin qiymətləndirilməsi prosesinin idarə olunması;
- Performans dəyərləndirmələrinin koordinasiyası;
- Karyera inkişafı və yüksəliş planlarının hazırlanmasına dəstək.
Təlim və inkişaf
- Yeni əməkdaşların adaptasiya (Onboarding) prosesinin təşkili;
- Daxili və xarici təlimlərin planlaşdırılması;
- İşçilərin inkişaf planlarının hazırlanmasına dəstək;
- HR siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi.
İşçi münasibətləri və HR layihələri
- İşçi məmnuniyyətinin artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi;
- Korporativ tədbirlərin və komanda fəaliyyətlərinin təşkili;
- İşçi müraciətlərinin operativ və peşəkar şəkildə idarə olunması;
- Münaqişələrin həllinə dəstək göstərilməsi;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Təşkilati strukturun və HR proseslərinin davamlı inkişaf etdirilməsi.
Namizədə tələblər
- Ali təhsil (İnsan Resursları, Psixologiya, Biznesin İdarəedilməsi, Menecment, Hüquq və ya digər uyğun ixtisaslar);
- İnsan Resursları sahəsində minimum 2-3 il iş təcrübəsi;
- HR proseslərinin qurulması və təkmilləşdirilməsi sahəsində təcrübə üstünlük hesab olunur;
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
- HRIS sistemləri ilə işləmək bacarığı;
- Odoo ERP sistemi ilə təcrübə üstünlük hesab olunur;
- LinkedIn Recruiter, Jobsearch və digər işə qəbul platformaları ilə işləmək bacarığı;
- Güclü analitik və strateji düşünmə bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Məxfilik prinsiplərinə ciddi riayət etmək;
- Təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Problemləri operativ həll etmək və qərarvermə bacarığı;
- Emosional intellekt və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 09:00 – 15:00
- İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı
- İş rejimi: Tam ştat, ofisdaxili
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Biz nə təklif edirik?
- HR sahəsində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Şirkətin HR strategiyasının formalaşdırılmasında birbaşa iştirak etmək imkanı;
- Qərarvermə proseslərində aktiv rol almaq;
- Korporativ mobil nömrə;
- Ofisdə ödənişsiz nahar;
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Korporativ tədbirlər və komanda fəaliyyətləri.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
İR Biznes Tərəfdaşı (Xaçmaz- Xızı)
OBA marketlər şəbəkəsi • Quba
HR üzrə mütəxəssis
GİLL MED MMC • Bakı
İnsan Resursları üzrə baş mütəxəssis
İnşaat İN MMC • Bakı
İnsan Resursları Biznes Tərəfdaş
Superfon • Bakı
HR mütəxəssisi
Real İnşaat MMC • Bakı
İnsan Resursları üzrə aparıcı mütəxəssis (Məmmədli qəsəbəsi)
OBA marketlər şəbəkəsi • Bakı