A

Azera Holding

Son tarix: 9 Oktyabr 2026

İnsan Resursları üzrə mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat9 Sentyabr 202679

800

Vakansiya haqqında

“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “AGRO-LAND-AZ” QSC İnsan Resursları üzrə mütəxəssis vəzifəsinə məsuliyyətli, diqqətli namizədləri komandamıza dəvət edir.

Əsas vəzifələr

  • İşə qəbul, əmək müqavilələrinin ƏMAS-da rəsmiləşdirilməsi, kadr əmrlərinin hazırlanması və əmək müqavilələrinə dəyişiklik və xitam proseslərini həyata keçirmək.
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, tələb olunan sənədlərin tamlığını yoxlamaq və məlumatları aktual saxlamaq;
  • İşçilərin davamiyyət məlumatlarının, işə gəlməmə, gecikmə, icazə, xəstəlik və digər halların sənədləşdirilməsində iştirak etmək;
  • Ştat cədvəli üzrə işçi məlumatlarının, vəzifə və struktur dəyişikliklərinin düzgünlüyünü izləmək;
  • İşçilərin əmək münasibətləri ilə bağlı müraciətlərinin cavablandırılmasında iştirak etmək;
  • Əmək intizamının pozulması halları üzrə izahat, akt, təqdimat və digər sənədlərin hazırlanmasında iştirak etmək;
  • İşçi sayı, işə qəbul, xitam, vakant ştat və digər HR göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək vermək;
  • Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və iş prosesində nəzərə almaq;
  • İşçilərin şəxsi məlumatlarının və HR sənədlərinin məxfiliyini təmin etmək;
  • İnsan Resursları şöbə müdiri tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə dair tələblər

  • Ali təhsil (İnsan Resu rslarının idarə edilməsi, Menecment, Hüquq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə).
  • İnsan Resurslarının idarə edilməsi və kadr inzibatçılığı üzrə təlimlər üstünlükdür;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə təlim və sertifikatlar üstünlükdür;
  • ƏMAS üzrə praktiki təlimlər üstünlükdür;
  • İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi. 
  • Azərbaycan dili (əla), Rus dili və İngilis dili (üstünlükdür)
  • Microsoft Office proqramları (Word, Excel, Outlook) – yaxşı səviyyədə;
  • 1C ; Elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı;
  • Ofis avadanlıqları (printer, skaner, surətçıxarma aparatı və s.) ilə işləmək bacarığı.
  • Məsuliyyətli, diqqətli və operativ; yüksək təşkilatçılıq, analitik düşüncə, ünsiyyət və komanda işi, vaxtın idarə edilməsi, məxfi məlumatların qorunması və çoxsaylı tapşırıqların paralel idarə olunması bacarığı.
  • Əmək qanunvericiliyinə və daxili prosedurlara ciddi yanaşma.
  • Bəy Namizədlər, Yaş 23–35 arası

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 10/76 (Buzovna xrustalni keçidin yaxınlığı)
  • Əmək haqqı: 800–1000 AZN (NET)
  • İş qrafiki: Tam iş günü

Şirkət təklif edir

  • Rəsmi əmək müqaviləsi;
  • Stabil və uzunmüddətli iş imkanı;
  • Peşəkar komandada inkişaf və karyera yüksəlişi imkanları;
  • Korporativ və rahat iş mühiti.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrı mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar