B
Birmarket
İnventarlaşdırma və itkilərə nəzarət üzrə baş mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
İnventarlaşdırma proseslərini təşkil edəcək, mal qalıqlarının dəqiqliyinə nəzarət edəcək, stok fərqlərini və itkilərin yaranma səbəblərini araşdıraraq onların qarşısının alınmasını təmin edəcək, komandanın fəaliyyətini koordinasiya edərək anbar əməliyyatlarının səmərəliliyini artıracaq peşəkar İnventarlaşdırma və itkilərə nəzarət üzrə baş mütəxəssis axtarışındayıq.
Namizədə tələblər
- Ali təhsil (iqtisadiyyat, logistika, maliyyə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür).
- Anbar, inventarlaşdırma, stoklara nəzarət və ya itkilərin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi.
- Komanda idarəetməsi və iş proseslərinin koordinasiyası üzrə təcrübə.
- İnventarlaşdırma metodları, mal qalıqlarının uçotu və stok fərqlərinin araşdırılması üzrə biliklər.
- MS Excel proqramı ilə işləmək bacarığı; ERP və anbar idarəetmə sistemləri (WMS) üzrə biliklər üstünlükdür.
- Analitik düşünmə, məlumatların təhlili və problemlərin həlli bacarığı.
- Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək həssaslıq.
- Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
- Operativ qərarvermə və vaxtın düzgün idarə edilməsi bacarığı.
- Nəticəyönümlülük və itkilərin azaldılmasına fokuslanmaq.
Vəzifə öhdəlikləri
- Anbar və Fulfillment mərkəzində inventarlaşdırma proseslərini təşkil etmək və nəzarətdə saxlamaq.
- Yüksək dəyərli məhsulların və ümumi mal qalığının dövri inventarlaşdırılmasını təmin etmək.
- Sistem üzrə və faktiki mal qalıqları arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq.
- Mal çatışmazlığı, artıq qalıq və digər itkilərin yaranma səbəblərini təhlil etmək.
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər hazırlamaq.
- Mal hərəkətinin, qəbulun, yerləşdirilmənin və təhvil-təslim proseslərinin düzgünlüyünə nəzarət etmək.
- İnventarlaşdırma nəticələrini təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- İtkilərin azaldılması və stok dəqiqliyinin artırılması istiqamətində təkmilləşdirmə tədbirləri həyata keçirmək.
- Komandanın gündəlik fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və icraya nəzarət etmək.
- Müvafiq şöbələrlə əməkdaşlıq edərək aşkar edilmiş problemlərin operativ həllini təmin etmək.
- İnventarlaşdırma və itkilərə nəzarət prosesləri üzrə daxili prosedur və qaydalara əməl olunmasını təmin etmək.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Xəzinədar-kassir (Lənkəran)
Atslaha18 Lombard Kiçik Biznes Kreditləşməsi • Lənkəran
Tam Ştat
1200 ₼Müraciət et
D
Bugün
Mühasib
Deluxe Park Qusar • Qusar
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
Debitor borcları və kommersiya gəlirləri üzrə mühasib
Veysəloğlu-Rossmann • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Y
Bugün
Mühasib-operator
Yarımfabrikat satışı icra edən şirkət • Bakı
Tam Ştat
700 ₼Müraciət et
Y
Bugün
Mühasib
Your Consulting • Bakı
Tam Ştat
800 ₼Müraciət et
G
Bugün
Kredit mütəxəssisi təcrübə proqramı
GL ASC • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et