A
AMO Group
İnzibati işlər üzrə mütəxəssis (Qusar)
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Məhsulun ixracı üçün zəruri olan sənədlər paketini hazırlamaq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müvafiq sertifikatları (mənşə, fitosanitar və s.) və icazələri əldə etmək;
- Beynəlxalq yük daşımaları üçün CMR (beynəlxalq qaimə) sənədini tərtib etmək və yük maşınlarının hərəkət qrafikinə nəzarət etmək;
- Yüklənmiş və gömrük rəsmiləşməsi tamamlanmış yük maşınlarının plomblanmasını həyata keçirmək, plombların bütövlüyünü yoxlamaq və nəqliyyat vasitələrinin vaxtında keçid məntəqələrinə yola salınmasını təmin etmək;
- Müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları aparmaq, icazələrin alınması üçün görüşlər təşkil etmək və müəssisəni inzibati məsələlər üzrə təmsil etmək;
- Müəssisəyə və ya layihə sahələrinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin qarşılanmasını, yerləşdirilməsini və onların səfər proqramına uyğun inzibati dəstəyi (nəqliyyat, iaşə və s.) təşkil etmək;
- Mərkəzi ofisin inzibati ehtiyaclarını müəyyən etmək və ümumi inzibati işlərin (təchizat, rabitə və s.) operativ idarə olunmasına dəstək göstərmək;
- Filialın gündəlik inzibati və təsərrüfat işlərinin təşkilinə və icrasına nəzarət etmək;
- Yeməkxananın fəaliyyətinə, sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
- Ərzaq məhsullarının qəbulu, düzgün saxlanılması, yararlılıq müddəti və sərfiyyatına nəzarət etmək;
- Soyuducu və dondurucularda məhsulların saxlanma şəraitini və temperatur rejimini izləmək;
- FIFO/FEFO prinsiplərinə uyğun ərzaq dövriyyəsini təmin etmək;
- Yeməkxananın mətbəx, yemək zalı, anbar və digər sahələrinin təmiz saxlanılmasına nəzarət etmək;
- Filialda təmizlik işlərinin gündəlik qrafik üzrə həyata keçirilməsini təşkil və nəzarət etmək;
- Təmizlik və dezinfeksiya vasitələrinin mövcudluğuna və düzgün saxlanılmasına nəzarət etmək;
- İnzibati bina, sanitar qovşaqlar, məişət və ümumi istifadə sahələrinin vəziyyətini izləmək;
- Dəftərxana, təsərrüfat malları, təmizlik vasitələri və digər inzibati materialların ehtiyatına nəzarət etmək;
- Aşkar edilmiş nasazlıq və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə koordinasiya aparmaq;
- İnzibati malların və ərzaqların inventarizasiyasında iştirak etmək;
- İnzibati xərclərin və material sərfiyyatının səmərəli idarə olunmasına nəzarət etmək;
- Yeməkxana və təmizlik işçilərinin fəaliyyətinə funksional nəzarət etmək;
- Görülən işlər və aşkar edilmiş problemlərlə bağlı rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər
- İnzibati-təsərrüfat, iaşə, anbar, xidmət və ya oxşar sahədə iş təcrübəsi arzuolunandır;
- Sanitariya, gigiyena və ərzaqların saxlanması qaydaları haqqında baza bilikləri;
- Təşkilatçılıq və nəzarət bacarığı;
- Məsuliyyətli, tələbkar və diqqətli olmaq;
- İşlərin prioritetləşdirilməsi və operativ problem həll etmə bacarığı;
- Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə koordinasiya qurmaq bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Qusar rayonunda işləmək imkanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
N
Bugün
Xadimə
Novohouse • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
"
Bugün
Ofis meneceri
"RR MMC" • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
Lombard filial müdiri
Atkiv Finance • Bakı
Tam Ştat
1100 ₼Müraciət et
"
Bugün
Qrup rəhbər ( Bərdə )
"Tempus" MMC • Bərdə
Tam Ştat
1000 ₼Müraciət et
O
Bugün
Operativ Nəzarət üzrə mütəxəssis (Bakı)
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Biznes prosesləri üzrə mütəxəssis
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et