S

Sinteks Group of Companies

Son tarix: 5 İyul 2026

İşə Qəbul üzrə kiçik administrator

İnzibati İşlərŞəkiTəcrübə5 İyun 2026412

Müsahibə əsasında

Vakansiya haqqında

Sinteks Şirkətlər Qrupu “İşə Qəbul üzrə kiçik administrator” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin Rolu

  • Bu başlanğıc səviyyəli vəzifə işə qəbul funksiyasına inzibati dəstək göstərir. Buraya vakansiyaların yerləşdirilməsi, namizədlərlə ünsiyyət, müsahibələrin planlaşdırılması və işə qəbul sənədlərinin idarə olunması daxildir. Vəzifənin əsas məqsədi işə qəbul prosesinin operativ, düzgün və sənədləşdirilmiş şəkildə icrasına dəstək göstərməkdir.

Vəzifənin təsviri

Vakansiya elanları və ilkin CV seçimi

  • İş elanlarının paylaşılmasında köməklik göstərmək
  • Müəyyənləşdirilmiş kriteriyalar əsasında ilkin CV seçimi prosesini həyata keçirmək
  • Namizədlərin məlumatlarının düzgün qeydiyyata alınmasına və yenilənməsinə dəstək göstərmək

Müsahibələrin planlaşdırılması və namizədlərlə ünsiyyət

  • Müsahibələri planlaşdırmaq və namizədlərə təsdiqlərin göndərilməsini təmin etmək
  • Sənədlərin və ya təsdiqlərin təqdim olunması üçün namizədlərlə əlaqə yaratmaq
  • Namizədlərlə yazışma və zənglərin nəzakətli, vaxtında və düzgün aparılmasına diqqət etmək
  • Müsahibə tarixləri, nəticələr və növbəti addımlar barədə aidiyyəti İR əməkdaşlarını məlumatlandırmaq

ERP və sənədləşmə dəstəyi

  • Namizədlərin statusunu ERP sistemində yeniləmək
  • İşə qəbul prosesi üzrə sənədlərin, təsdiqlərin və məlumatların toplanmasına dəstək göstərmək
  • ERP sistemində məlumatların düzgün, tam və vaxtında daxil edilməsinə nəzarət etmək

Onboarding, təlim və işə qəbul tədbirləri

  • İşə qəbul tədbirlərində iştirak etmək (təcrübə proqramları, karyera sərgiləri və s.).
  • Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərinin planlaşdırılması, təşkili, həyata keçirilməsi və ERP sistemi üzərində qeydiyyatına dəstək göstərmək
  • Yeni əməkdaşların ilkin məlumatlandırılması və aidiyyəti proseslərə yönləndirilməsi zamanı İR komandası ilə koordinasiya yaratmaq

Karyera səhifələri və sosial media dəstəyi

  • Sosial media üzərində karyera səhifələrinin idarə olunmasına dəstək göstərmək
  • Vakansiya elanlarının və karyera səhifələrində paylaşılan məlumatların aktuallığını izləmək

Tələblər

Professional biliklər:

  • İngilis dilində orta səviyyəli bilik
  • MS Office proqramlarından istifadə bacarığı
  • ERP sistemi və işə qəbul məlumat bazaları ilə işləmək bacarığı üstünlükdür
  • İşə qəbul prosesi və namizəd kommunikasiyası üzrə baza bilikləri

Təhsil:

  • Ali təhsil
  • İnsan resursları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür

İş təcrübəsi:

  • İnsan Resursları sahəsində təcrübə, təcrübə proqramı və ya yarımştat iş təcrübəsi üstünlükdür
  • İşə qəbul, sənədləşmə və ya namizədlərlə ünsiyyət üzrə ilkin təcrübə üstünlükdür

​​​​​​​Professional bacarıq və kompetensiyalar:

  • Ünsiyyət bacarıqları
  • Detallara diqqət və nəticə yönümlülük
  • Zamanın idarə olunması
  • Səliqəli sənədləşmə və məlumatlarla dəqiq işləmə bacarığı
  • Komanda ilə işləmə və koordinasiya bacarığı
  • Məsuliyyətlilik və icra intizamı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar