City Finance BOKT
İstehlak kreditləri üzrə kiçik mütəxəssis
400 ₼
Vakansiya haqqında
“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC İstehlak kreditləri üzrə kiçik mütəxəssis elan edir.
“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.
“City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil (maliyyə, kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
- 21-29 yaş aralığı
- Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
- Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- MS Excel üzrə biliklər
İstehlak kreditləri üzrə kiçik mütəxəssis nə iş görür?
- Müştərilərin istehlak krediti şərtləri barədə məlumatlandırılması
- Kredit üzrə müraciətlərinin qəbulu və analizi
- Kreditləşmə üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
- Kredit portfelinə nəzarət edilməsi və gündəlik ödəmələrin təqib edilməsi
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 10:00 – 19:00
- Əmək haqqı: 400 AZN (Net) + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiyalar
1C Operator
Amper Elektrik • Abşeron
Mühasib köməkçisi
Tax Accountant MMC • Bakı
Müştəri Məmnuniyyəti üzrə kiçik mütəxəssis
Ferrum Capital QSC • Bakı
Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Edilməsi üzrə Qrup Rəhbəri
PASHA Bank • Bakı
Kredit Risklərinin İdarə Edilməsi Ehtiyatlanma üzrə Baş mütəxəssis (IT Biznes analitik)
PASHA Bank • Bakı
Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis
PASHA Bank • Bakı