P
Primeline MMC
İstehsalat meneceri - Primeline MMC (Bakı, 2026)
2000 ₼
Vakansiya haqqında
Şəhər: Bakı, Azərbaycan
Şirkət: Prime Line MMC
Paylaşıldı: 19.10.2026
Son Gün: 19.11.2026
İş şəraiti
- İş yeri: Lökbatan, Bakı;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əməkhaqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır;
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "İstehsalat Meneceri" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Tələblər:
- Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- Metal emalı və ya metal konstruksiyaların istehsalı sahəsində minimum 5 il iş təcrübəsi;
- İstehsalat sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi;
- Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və montaj texnologiyaları üzrə praktiki biliklər;
- Lazer kəsim, abkant və CNC avadanlıqlarının iş prinsipləri üzrə biliklər;
- Texniki cizgiləri və istehsalat sənədlərini oxumaq və anlamaq bacarığı;
- İstehsalat proseslərinin planlaşdırılması, işçi heyətinin idarə edilməsi və resursların bölüşdürülməsi bacarığı;
- İstehsalat keyfiyyətinə nəzarət və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
- MS Excel və AutoCAD proqramlarında işləmək bacarığı;
- İstehsalat xərclərinin, material sərfiyyatının və məhsuldarlıq göstəricilərinin təhlili bacarığı;
- Analitik düşünmə, təşkilatçılıq, liderlik və komanda idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, operativ qərarvermə və problemlərin həlli bacarığı.
Vəzifə öhdəlikləri:
- İstehsalat proseslərinin planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək;
- Sifarişlər üzrə istehsalat planlarını və iş qrafiklərini hazırlamaq, işlərin vaxtında icrasına nəzarət etmək;
- Metal konstruksiyaların texniki cizgilərə, layihə tələblərinə və keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- Lazer kəsim, əymə, qaynaq və digər metal emalı proseslərinin səmərəli təşkilinə nəzarət etmək;
- İstehsalat avadanlıqlarının, xammalın və digər resursların səmərəli istifadəsini təmin etmək;
- İstehsalat işçilərinin fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
- Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərini təşkil etmək və prosesin vaxtında tamamlanmasını təmin etmək;
- İstehsalat prosesində keyfiyyətə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- İstehsalat xərclərini və material sərfiyyatını izləmək, itkilərin azaldılması və məhsuldarlığın artırılması istiqamətində tədbirlər görmək;
- Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və texniki xidmət işlərinin vaxtında həyata keçirilməsini təşkil etmək;
- İstehsalat zamanı yaranan problemləri operativ həll etmək və iş prosesində fasilələrin minimuma endirilməsini təmin etmək;
- İstehsalatın gedişi, sifarişlərin icra vəziyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Oxşar vakansiyalar
C
Bugün
Paketləyici
Clipse MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
H
Bugün
Yumşaq mebel ustası
Həsənoğlu • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Bugün
Tokar
AZPROM • Abşeron
Tam Ştat
800 ₼Müraciət et
F
Dünən
Qazanvuran
FBC MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
T
Dünən
PVC Membran ustası
Tahiroğlu İnşaat MMC • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
A
Dünən
İstehsalat rəhbəri
ANPRODUCTİON • Bakı
Tam Ştat
1500 ₼Müraciət et