B
BRPG LLC
İstehsalat meneceri (Production Manager)
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Lökbatan, Bakı
- Məşğulluq: Tam ştat
- İş qrafiki: 6/1, 09:00–17:00
- Əməkhaqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır.
Vəzifə haqqında
- BRPG MMC metal emalı və metal konstruksiyaların istehsalı sahəsinə rəhbərlik edəcək təcrübəli İstehsalat meneceri (Production Manager) axtarır.
- Müəssisənin istehsalat sahəsi metalın səthinin təmizlənməsi, lazer kəsimi, əyilməsi, qaynaqlanması, metal konstruksiyaların hazırlanması və digər metal emalı proseslərini əhatə edir.
- İstehsalat meneceri sifarişlərin qəbulundan hazır məhsulun təhvil verilməsinə, o cümlədən metal konstruksiyaların sifarişçi obyektlərində montajına qədər bütün istehsalat proseslərinin planlaşdırılmasına, təşkilinə və idarə edilməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
İstehsalatın planlaşdırılması və idarə edilməsi
- İstehsalat sahəsinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
- Sifarişlər üzrə istehsalat planlarının və icra qrafiklərinin hazırlanması;
- Sifarişlərin istehsalat sahələri və avadanlıqlar arasında optimal bölüşdürülməsi;
- Metal konstruksiyaların və müxtəlif metal elementlərin texniki cizgilərə uyğun hazırlanmasının təşkili;
- İstehsalat proseslərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət tələblərinə uyğun tamamlanmasının təmin edilməsi.
Avadanlıqların və resursların idarə edilməsi
- Lazer kəsim, abkant, metal səthinin təmizlənməsi, qaynaq və digər istehsalat avadanlıqlarının səmərəli istifadəsinin təşkili;
- Avadanlıqların istehsalat gücünün və yüklənməsinin optimallaşdırılması;
- Avadanlıqların texniki xidmətinin və saz vəziyyətdə saxlanılmasının təşkili;
- Xammal və material sərfiyyatına nəzarət, istehsalat tullantılarının minimuma endirilməsi;
Metal konstruksiyaların montajının təşkili
- Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərinin planlaşdırılması və təşkili;
- Montaj briqadalarının fəaliyyətinin koordinasiyası;
- Montaj işləri üçün tələb olunan texnika, avadanlıq və işçi qüvvəsinin planlaşdırılması;
- Montaj işlərinin layihəyə, texniki tələblərə və müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət.
İşçi heyətinin və keyfiyyətin idarə edilməsi
- İstehsalat operatorlarının, qaynaqçıların,və montaj briqadalarının işinin təşkili;
- İşçilər arasında vəzifə bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət;
- İstehsalatın bütün mərhələlərində keyfiyyətə nəzarətin təmin edilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- İstehsalatın gündəlik və həftəlik göstəriciləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər
- Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli ixtisaslar);
- Metal emalı və ya metal konstruksiyaların istehsalı sahəsində minimum 5 il iş təcrübəsi;
- İstehsalat sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi;
- Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və quraşdırma texnologiyaları üzrə biliklər;
- Lazer kəsim, abkant və digər CNC avadanlıqlarının iş prinsiplərini bilmək;
- Texniki cizgilərin və istehsalat sənədlərini sərbəst oxumaq bacarığı;
- Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki təcrübə;
- İstehsalat proseslərinin planlaşdırılması və işçi heyətinin idarə edilməsi bacarığı;
- MS Excel və AutoCAD proqramları ilə işləmək bacarığı;
- İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
- Təşkilatçılıq, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.
Biz təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Rəsmi əmək müqaviləsi;
- Müasir istehsalat avadanlıqları ilə işləmək imkanı;
- İstehsalat proseslərinin inkişafında və təkmilləşdirilməsində iştirak;
- Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Production Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər görüşə dəvət ediləcək.
Oxşar vakansiyalar
A
Dünən
Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi şöbəsi / ÇİRES-in Keyfiyyətə nəzarət və laboratoriya bölməsi / Bölmə rəhbəri
AzerGold CJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Keyfiyyətə Nəzarət üzrə müfəttiş
ASSAN-STP Panel • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
15 Oktyabr 2026
Bantlama dəzgahına operator köməkçisi
Kontakt Home • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
15 Oktyabr 2026
Keyfiyyət üzrə mütəxəssis
Avromed Company MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
15 Oktyabr 2026
Usta köməkçisi (Mebel İstehsalatı)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
15 Oktyabr 2026
Metal rulon dilmə aparatının operatoru (dilməçi/kəsimçi)
Metal Trade MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et