F

Fostanpak MMC

Son tarix: 28 Avqust 2026

İstehsalat mühasibi

Maliyyə və MühasibatlıqBakıTam Ştat29 İyul 2026167

Müsahibə əsasında

Vakansiya haqqında

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Logix)
  • Komandada işləmək bacarığı;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
  • Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.

Əsas vəzifə və öhdəliklər:

  • Xammal və materialların hərəkətinə nəzarət və uçotunun aparılması;
  • Anbar və istehsalat məlumatlarının mühasibat uçotu ilə uzlaşdırılması;
  • Məhsulların maya dəyərinin hesablanmasında iştirak etmək;
  • İstehsala buraxılan xammal və materialların uçotunu aparmaq;
  • Hazır məhsulun istehsala qəbul və çıxış əməliyyatlarını rəsmiləşdirmək;
  • İlkin mühasibat sənədlərinin hazırlanması və düzgünlüyünə nəzarət etmək;
  • Logix proqramında müvafiq əməliyyatların işlənməsi;
  • İnventarizasiya proseslərində iştirak etmək və nəticələrin uçotunu aparmaq;
  • Rəhbərliyin təqdim etdiyi digər mühasibatlıq və hesabat işlərini yerinə yetirmək.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik və məsuliyyətlilik;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Operativ və nəticə yönümlü olmaq;

Təklif etdiyimiz:

  • Motivasiyaedici və dəstəkləyici iş mühiti;
  • Nahar təminatı.
  • Korporativ nömrə

İş şəraiti

  • Şöbə: Mühasibatlıq şöbəsi
  • İş rejimi: 6 günlük. həftəiçi 09:00–18:00 (6cı gün qısa iş günü)
  • Ünvan: Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi
  • Əmək haqqı: Müsahibə əsasında.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar