A

Avrora

Son tarix: 29 Oktyabr 2026

İstehsalat Operatoru

İstehsalatBakıTam Ştat29 Sentyabr 202680

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat xəttinin fasiləsiz və düzgün fəaliyyətini təmin etmək;
  • İstehsalat avadanlıqlarını təlimata uyğun idarə etmək;
  • İstehsal prosesini və avadanlıqların iş rejimini nəzarətdə saxlamaq;
  • Hazır məhsulun keyfiyyətinə və istehsal standartlarına riayət etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqlar barədə məsul şəxsi vaxtında məlumatlandırmaq;
  • İş yerində təmizlik və təhlükəsizlik qaydalarına riayət etmək;
  • İstehsalat zamanı müəyyən edilmiş norma və prosedurlara uyğun fəaliyyət göstərmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • İstehsalat avadanlıqlarından istifadə və onların iş prinsipləri barədə ilkin bilik;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək;
  • Texniki təlimatları oxuma və tətbiq etmə bacarığı;
  • Diqqətli və məsuliyyətli yanaşma;
  • Komandada işləmək bacarığı

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Orta və ya orta ixtisas təhsili
  • İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki: Növbəli;
  • İş yeri: Bakı şəhəri, Məmmədli qəsəbəsi, Polietilen Fabriki.

Biz nə təklif edirik:

  • Rəsmi əmək müqaviləsi;
  • Növbəli iş qrafiki;
  • Nahar təminatı;
  • Həyat sığortası;
  • Təhlükəsiz və peşəkar iş mühiti.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsalat operatoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar