A
AzerFloat
İstehsalat operatoru (şüşə istehsalı)
Müsahibə əsasında
Vakansiya haqqında
İş yeri: Azerfloat QSC
Vəzifə öhdəlikləri:
Isti xətt üzrə:
- Şüşə əritmə sobasında mövcud temperatur və təzyiq göstəricilərinə nəzarət etmək, müşahidə nəticələrinə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə məlumatların dövri qeydiyyatını aparmaq
- Şüşə lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək
- Əritmə vannası sexində gedən proseslər üzrə müşahidələr və qeydlər aparmaq
- Əritmə vannasında və soyutma sobasında istifadə olunan avadanlıqlara yerində vizual baxışlar keçirmək
- İstehsalat xəttində aşkar edilən defektli şüşələrin mövcud olma səbəbini araşdırmaq
Soyuq xətt üzrə:
- Şüşə lentinin ölçülərə uyğun olaraq avtomatik kəsilməsini təmin etmək
- Kəsim parametrlərini (ölçü, sürət, təzyiq və s.) avadanlıqda düzgün qurmaq və nəzarətdə saxlamaq
- Kəsilmiş şüşələrin keyfiyyətinə (çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və s.) vizual nəzarət aparmaq
- Xətdə baş verən dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat vermək
- Kəsim sahəsində təhlükəsizlik normalarına və daxili qaydalara ciddi riayət etmək
Namizədə tələblər:
- Orta ixtisas və ya ali texniki təhsil (kimya, mexanika, elektrotexnika, istehsalat və s.)
- İstehsalatda minimum 3 il iş təcrübəsi
- İstiyə dözümlülük və fiziki işdə işləmə bacarığı
- Texniki düşünmə qabiliyyəti
- Məsuliyyətlilik və dəqiqlik
- Komandada işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: növbəli;
- İş saatı: 08:00 – 20:00;
- Nahar pulu;
- Servis;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “İstehsalat operatoru” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
S
Bugün
Keyfiyyətə nəzarət üzrə müfəttiş
STP Global Cable • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
CNC operatoru (frez və torna)
AZPROM • Abşeron
Tam Ştat
800 ₼Müraciət et
D
Dünən
Duş kabin ustası
Duşkabin sexi • Bakı
Tam Ştat
800 ₼Müraciət et
D
Dünən
Cam balkon ustası
Duşkabin sexi • Bakı
Tam Ştat
800 ₼Müraciət et
K
Dünən
Bantlama dəzgahına operator köməkçisi
Kontakt Home • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
Dünən
Mebel ustası
Soliton • Şamaxı
Tam Ştat
600 ₼Müraciət et