A
AzProtein Foods Group MMC
İstehsalat üzrə Maliyyə Nəzarətçisi
2000 ₼
Vakansiya haqqında
Namizədə Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil.
- Mühasibat uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki iş təcrübəsi.
- İstehsalat üzrə minimum 5 il iş təcrübəsi.
- Mühasibat uçotunun tam dövrünü bilmək: ilkin sənədlər, mühasibat yazılışları, dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər, maya dəyəri və dövrün bağlanması.
- İstehsalat uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə praktiki biliklər.
- 1C proqramında sərbəst işləmək, səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində araşdırmaq bacarığı.
- Meatsys üzrə təcrübə üstünlükdür.
- Excel-də düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri
- Uçot məlumatlarının gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;
- Xammalın qəbulu, istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və bitməmiş istehsal uçotuna nəzarət;
- Anbarlararası hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı və silinmələrin düzgün uçota alınmasının yoxlanılması;
- İlkin sənədlərin düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində düzgün əks etdirilməsinə nəzarət;
- Mühasibat hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili;
- İstehsalat xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının düzgünlüyünün yoxlanılması;
- Xammal sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay məhsul üzrə kənarlaşmaların araşdırılması;
- Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə düzəlişlərin koordinasiyası və icrasına nəzarət;
- Gündəlik uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların hazırlanması;
- Ciddi uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə rəhbərliyə operativ məlumat verilməsi;
- Təkrarlanan səhvlərin təhlili və uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
Əmək haqqı: 2000-2500 manat
İş qrafiki: 6 günlük.
Müəssə Buzovnada yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
E
Bugün
Xəzinədar (Ofis daxili)
Evro İnşaat MMC • Abşeron
Tam Ştat
600 ₼Müraciət et
B
Bugün
Ağcabədi filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis
Bank Respublika ASC • Ağcabədi
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Əhmədli filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
İ
Bugün
Risklərin idarə edilməsi şöbəsi/ Şöbə Rəhbəri
İdeal Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Maliyyə üzrə təcrübəçi
A+CO ASC • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Əməliyyatçı mühasib
Caspian Cable Systems • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et