Z

Zeytun Pharmaceuticals

Son tarix: 18 İyul 2026

İT Layihə Koordinatoru

İnzibati İşlərBakıTam Ştat18 İyun 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə haqqında qısa xülasə:

  • İT Layihə Koordinatoru layihələrin planlaşdırılması, icrası və uğurla tamamlanması mərhələlərində Layihə Rəhbərinə (PM) operativ dəstək göstərir. O, komandalararası kommunikasiyanın qurulması, sənədləşmə işlərinin aparılması və tapşırıqların vaxtında icra olunmasına nəzarət mexanizmini təmin edir.

Əsas Vəzifə Öhdəlikləri:

  • Layihə Dəstəyi: İT layihələrinin planlaşdırılması, icrası və monitorinqi prosesində İT Layihə Rəhbərinə yaxından və operativ dəstək vermək;
  • Kommunikasiyanın İdarə Edilməsi: Layihə iştirakçıları (daxili İT mütəxəssisləri, xarici podratçılar, təchizatçılar və partnyorlar) arasında effektiv əlaqəni və məlumat axınını təmin etmək;
  • Sənədləşmə və Arxivləşdirmə: Layihə üzrə texniki və inzibati sənədlərin (Texniki Tapşırıq (TT), təhvil-təslim aktları, hesabatlar və s.) hazırlanmasını, dövriyyəsini və müvafiq qaydada arxivlənməsini idarə etmək;
  • Məxfilik: Layihə çərçivəsində istifadə olunan və paylaşılan bütün məlumatların, sənədlərin təhlükəsizlik və məxfilik tələblərinə tam riayət olunmasına nəzarət etmək;
  • Görüşlərin Təşkili: Layihə iclaslarının (görüşlərin) təşkilini təmin etmək, görüş protokollarını (Minutes of Meeting) hazırlamaq və icraçıları qərarlarla bağlı məlumatlandırmaq;
  • Monitorinq və KPI Nəzarəti: İcra olunub təhvil verilmiş sistemlərin və həllərin istifadə göstəricilərini izləmək, effektivliyini təhlil etmək və hesabatını hazırlamaq;
  • Status İzləmə və Risklərin İdarə Edilməsi: Tapşırıqların icra vəziyyətini (deadlines) mütəmadi izləmək, potensial gecikmələr, risklər və maneələr barədə Layihə Rəhbərinə vaxtında bildirişlər və hesabatlar təqdim etmək;
  • Hesabatlılıq: Layihənin gedişatı ilə bağlı dövri (həftəlik/aylıq) status hesabatlarının hazırlanmasında aktiv iştirak etmək;
  • İnfrastruktur Koordinasiyası: Layihə çərçivəsində tələb olunan avadanlıq və proqram təminatlarının quraşdırılması, sazlanması və digər texniki işlərin koordinasiyasını təşkil etmək;
  • Ad-hoc Tapşırıqlar: Layihə Menecerinin tapşırıqlarına uyğun olaraq layihə ilə əlaqəli digər funksional işləri yerinə yetirmək.

Namizədə dair Tələblər:

  • Ali təhsil (İT, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə olması üstünlükdür);
  • Oxşar sahədə (İT layihələrinin idarə edilməsi və ya koordinasiyası) minimum 1 il iş təcrübəsi.
  • Word, Excel və PowerPoint proqramları ilə mükəmməl səviyyədə işləmək bacarığı;
  • MS Project, Figma, Jira və  Power BI proqramları ilə işləmək təcrübəsi (Arzuolunandır).
  • Yüksək kommunikasiya və təqdimat bacarığı;
  • Zamanın idarə edilməsi (Time-management) və detallara qarşı diqqətlilik;
  • Problemləri çevik həll etmə və komandada işləmək qabiliyyəti.

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı – Namizədin təcrübəsindən asılı olaraq müzakirə olunur. 

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar