D

DO IT MMC

Son tarix: 22 Oktyabr 2026

İT layihələri üzrə layihə meneceri

İnzibati İşlərBakıTam Ştat22 Sentyabr 202653

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri və qrafik - Bakı şəhəri, ofis; bazar ertəsi–cümə, 09:00–18:00

Əsas vəzifələr

  • Şirkətin aktiv İT layihələri portfelini vahid plan üzrə idarə etmək, layihələrin prioritetlərini rəhbərliklə razılaşdırmaq və ümumi icra vəziyyətini görünən saxlamaq;
  • Hər bir layihə üzrə məqsədləri, əhatə dairəsini, mərhələləri, müddətləri, resursları və qəbul meyarlarını müəyyənləşdirmək və aktual saxlamaq;
  • Layihələri başlanğıcdan istehsalat mühitinə buraxılış və yekun təhvilədək idarə etmək, nəticələrin razılaşdırılmış müddət və keyfiyyətdə təqdim olunmasını təmin etmək;
  • Biznes-analitik, proqramçı, sistem mühəndisi və digər iştirakçıların işini əlaqələndirmək, tapşırıqları, asılılıqları və resurs yükünü idarə etmək;
  • Müştərilərlə status görüşlərini aparmaq, qərarları və növbəti addımları protokollaşdırmaq, açıq məsələlərin vaxtında bağlanmasını təmin etmək;
  • Riskləri, problemləri və gecikmə ehtimallarını əvvəlcədən müəyyənləşdirmək, tədbirlər planı hazırlamaq və zəruri hallarda vaxtında eskalasiya etmək;
  • Dəyişiklik sorğularını idarə etmək: onların müddətlərə, prioritetlərə və resurslara təsirini qiymətləndirmək, təsdiq alınmadan layihənin əhatə dairəsinin genişlənməsinə yol verməmək;
  • Layihə sənədlərinin tamlığını təmin etmək: plan, status hesabatı, protokol, risk və dəyişiklik reyestrləri, təhvil-qəbul sənədləri və yekun hesabat;
  • Xarici vendorlarla və tərəfdaşlarla işləri əlaqələndirmək, onlardan asılı olan nəticə və müddətlərə nəzarət etmək;
  • Satışdan layihə komandasına düzgün ötürülməni təmin etmək, razılaşdırılmış əhatə dairəsini, öhdəlikləri və müddətləri komanda ilə dəqiqləşdirmək;
  • Layihə yekununda nəticələri və əldə edilmiş dərsləri təhlil etmək, təkrarlanan problemlərin aradan qaldırılması üçün təkliflər vermək.

Namizədə tələblər

  • İT məhsullarının, proqram təminatının və ya korporativ informasiya sistemlərinin tətbiqi layihələrində layihə meneceri kimi minimum 3 il təcrübə;
  • Eyni vaxtda bir neçə layihəni idarə etmək, prioritetləri və komanda resurslarını balanslaşdırmaq üzrə praktiki təcrübə;
  • Ən azı iki İT layihəsini başlanğıcdan məhsuldar istismara və müştəriyə təhvilədək idarə etmiş olmaq;
  • Layihə planlaşdırılması, müddət, əhatə dairəsi, risk, dəyişiklik və maraqlı tərəflərin idarə edilməsi üzrə möhkəm praktiki biliklər;
  • Waterfall, Agile və hibrid yanaşmaların fərqini bilmək və layihənin xüsusiyyətinə uyğun yanaşma seçmək bacarığı;
  • Microsoft Project layihə idarəetmə sistemi ilə işləmək bacarığı və təcrübə;
  • Tapşırıq idarəetmə alətlərindən ən azı biri ilə sərbəst işləmək bacarığı (Jira, Bitrix24 və ya analoji sistem);
  • MS Excel və PowerPoint proqramlarında plan, hesabat və rəhbərlik üçün qısa təqdimat hazırlamaq bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət; ingilis dilində vendorla yazışma və sənədlərlə işləmək bacarığı arzuolunandır;
  • Müştəri ilə mürəkkəb danışıqları aparmaq, gözləntiləri idarə etmək və münaqişəli vəziyyətlərdə konstruktiv həll tapmaq bacarığı;
  • Müstəqillik, məsuliyyət, sistemli düşüncə, nəticəyə fokuslanma və problemləri gizlətmədən vaxtında eskalasiya etmək vərdişi.

Üstünlük hesab olunur

  • Elektron sənəd dövriyyəsi, ECM/BPM, ERP, bank və ya digər korporativ sistemlərin tətbiqi üzrə təcrübə;
  • İnteqrasiya, məlumat miqrasiyası, on-premise infrastrukturu, informasiya təhlükəsizliyi və elektron imza layihələri barədə ümumi anlayış;
  • PMP, PRINCE2, Scrum, Agile və ya digər layihə idarəetmə sertifikatının olması üstünlükdür, lakin məcburi tələb deyil.

Biz nə təklif edirik

  • Namizədin real təcrübə və kompetensiyalarına uyğun əmək haqqı;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Bakı şəhərinin mərkəzində ofis: Passage 1901, Nigar Rəfibəyli küçəsi 12;
  • Korporativ müştərilər üçün əhəmiyyətli İT tətbiqi və inteqrasiya layihələrinin idarə edilməsi;
  • Qərarvermədə müstəqillik, rəhbərliklə birbaşa ünsiyyət və peşəkar inkişaf imkanı;
  • Müəyyən edilmiş KPI-ların yerinə yetirilməsinin nəticələrinə əsasən əlavə bonus əldə etmək imkanı;
  • Peşəkar təlim və sertifikatlaşmada iştirak imkanı.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində “Layihə meneceri” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar